• ​Mətbəx taxtasını seçirik...

Reseptin məlumatları Baxış sayı: 2 762

Tarix : 30-08-2017, 20:00

Bölmə : Məsləhətlər


Hazırda dükanlarda satışda müxtəlif mətbəx taxtları görmək mümkündür. Fərqli materiallar, rənglər, dizayn... Adam çaşıb qalır!

Bəs hansını seçmək lazımdır?
Taxtadan hazırlanmış mətbəx taxtası. Peşəkarlar məhz bu cür mətbəx taxtalarına üstünlük verirlər. Belə mətbəx taxtaları ekoloji təmizdir, masanın üzərində dayanıqlıdır, ən əsas üstünlüyü isə – bu cür mətbəx taxtasının üzərində işləyərkən bıçaq uzun müddət iti qalır. Lakin hazırda bir çox evdar qadınlar sözügedən mətbəx taxtalarından imtina edir. Bəs onlar nədən narazıdırlar? İlk öncə yüksək qiymət. Bildiyimiz kimi ağac tez sıradan çıxan materialdır, ona su dəydikdə isə asan şəkildə deformasiya olur. Bundan başqa, bu cür mətbəx taxtasının üzərində tədricən çatlar əmələ gəlir ki, bu da gigiyena məsələləri ilə bağlı müəyyən suallar doğurur. Lakin istənilən mətbəx taxtasından istifadə qaydalarına əməl etdikdə, yəni onlar həftədə heç olmasa iki dəfə qaynar su ilə yuyulduqda və çiy ət və balıq üçün xüsusi mətbəx taxtası ayırdıqda gigiyena ilə bağlı məsələlər həll olunacaq. Taxtadan hazırlanmış mətbəx taxtasının davamlılığı düzgün seçimdən asılıdır. Bu cür mətbəx taxtası alarkən onu hərtərəfli yoxlayın və çatların olmamasında əmin olun. Ən kiçik çat belə tədricən böyüyəcək və nəticədə mətbəx taxtasını yararsız hala salacaq.

Plastikdən hazırlanmış mətbəx taxtası. Bu cür mətbəx taxtalarına böyük tələbat var. Onların xüsusiyyətləri – davamlı, yüngül, ucuz və qulluqetmədə rahat. Plastik mətbəx taxtalarının xüsusi örtüyü ərzaq məhsullarının onun üzərindən sürüşməsinin qarşısını alır və cızılmır. Lakin ağacdan hazırlanmış mətbəx taxtalarından fərqli olaraq onların üzərinə isti qazan və tava qoymaq olmaz. Əvvəllər bu cür mətbəx taxtalarının əsas çatışmamazlığı onların masa üzərində dayanıqsızlığı idi. Hazırda isə mətbəx taxtalarının əksəriyyəti xüsusi gövdəciklərlə təchiz olunub. Sözügedən mətbəx taxtasını aldığınız zaman diqqət yetirin ki, plastik qida üçün nəzərdə tutulsun.
Şüşədən və ya keramikadan hazırlanmış mətbəx taxtası. Zərbəyə davamlı mətbəx taxtaları ideal görsənir. Onlar istifadə olunarkən korlanmır, istiyə davamlıdır, bu cür mətbəx taxtaları asan şəkildə yuyulur və heç bir qoxu hopdurmur. Əsasən, onların dizaynı cəlb edir ki, istənilən interyerə uyğun seçmək mümkündür. Buna baxmayaraq, bu cür mətbəx taxtaları əksər hallarda elə dekorun bir elementi olaraq qalır. Səbəb isə bıçaqların tez kütləşməsi və kəsmə prosesi zamanı xoşagəlməz səsin çıxmasıdır. Lakin balıq kimi iyli məhsulları məhz şüşədən hazırlanmış mətbəx taxtasının üzərində doğramaq rahatdır, belə ki, sözügedən mətbəx taxtaları qoxu hopdurmur.
Etiketlər: mətbəx, hazırlanmış, taxtaları, taxtası, üzərində, taxtasının, Lakin, qalır, xüsusi, taxtalarının, onların, sözügedən, taxtalarından, taxtasını, hopdurmur, mümkündür, onlar, istifadə, gigiyena, tədricən
BİZİ İZLƏYİN