• ​Qab-qacağı necə seçməli?

Reseptin məlumatları Baxış sayı: 5 976

Tarix : 29-08-2017, 20:00

Bölmə : Məsləhətlər


Daimi yorğunluq, baş ağrıları, artıq çəki kimi problemlərə bəzən yanlış materialdan hazırlanmış və ya keyfiyyətsiz qazan və tavalarda bişmiş yeməklər səbəb ola bilərlər. Yemək bişirmək üçün qabları diqqətlə seçmək lazımdır. Bu halda sağlam yeməyiniz cavanlıq mənbəyinizə çevriləcək.

Hansı qabı və necə seçməli?
Paslanmayan poladdan olan qablar ərzaqlarla reaksiyaya girmir. Etibarlı istehsalçılardan qazan almağınız məsləhətdir, yalnız bu halda əmin ola bilərsiniz ki, qablar keyfiyyətli materiallardan hazırlanıb.
Hər mətbəxdə buxardabişirən olmalıdır. Bu məişət əşyası uzun illər sağlamlığınızı qorumağa kömək edəcək. Buxarda bişirilən ərzaqlar öz faydalı mikroelementlərini və vitaminlərini itirmir. Həmçinin, bu cihazda eyni zamanda bir neçə yemək hazırlamaq mümkündür və yağdan istifadə etməyinizə elə də ehtiyac qalmır.

Minalanmış qabları seçərkən, əlbəttə ki, yenə də istehsalçıya fikir verin, çünki məhşur istehsalçıların keyfiyyət göstəricisi lazımi səviyyədə olur. Minalanmış qabları düzgün qaydada saxlasanız və müvafiq tələblərə uyğun istifadə etsəniz, illərlə işlədə bilərsiniz. Qazanın üzərində cızıqlar və ya çatlar əmələ gəlibsə, bu qazan artıq istifadəyə yararlı deyil.

Teflon qabların da müəyyən istifadə qaydaları var – bu qablarda yalnız 3 il müddətində yemək bişirmək olar. Hətta xarici görünüşü yaxşı olsa da, 3 ildən artıq işlətmək olmaz. Bu cür qablarda yemək bişirmək adama həzz verir – yemək yanmır, qabın dibinə yapışmır, yağ vurmaq da lazım deyil. Teflon qabların istifadəsində bir qızıl qayda mövcuddur – qazan və ya tava uzun müddət boş vəziyyətdə qızdırıldıqda zərərli buxarlar buraxmağa başlayır.

Qida məhsullarının saxlanılması üçün ən ideal qablar şüşədən olanlardır. Qızdırılıma zamanı şüşə sağlamlıq üçün xeyirli maddə - silisium ifraz etməyə başlayır ki, bu da yemək bişirmə zamanı çox faydalı hesab olunur. Mikrodalğalı və ya adi sobada istifadə üçün istiyədavamlı şüşə qablar mövcuddur. Adi üstüaçıq sobalarda bu cür qablarda yemək bişirmək olar, sadəcə birbaşa odun üstünə dəmir qoymaq lazımdır. Hərçənd ki, hətta dəmirlə belə yumru şüşə qabları açıq odun üstünə qoymaq məsləhət deyil.

WOK-tavalarda yemək daha tez hazır olur, belə ki, yeməyi minimal yağda və möhkəm odda bişirmək mümkündür. WOK-tavalarda bişən ərzaqların faydalı elementləri alümin və ya teflon tavalara nisbətən daha çox qorunur. Yeganə tələb odur ki, bu cür tavalarda az miqdarda yemək hazırlamaq və daim qarışdırmaq lazımdır.
Sobada bişirmək üçün ən uyğun qablar saxsı və ya gildən hazırlanan qablardır. Onlar tamamilə zərərsiz və ekoloji cəhətdən təmiz hesab olunur. Saxsı qablarda bişən yeməyin xüsusi ləzzəti olur. Bu cür qabları minalanmamış almaq daha məqsədəuyğundur. Saxsı istini daha zəif keçirdiyinə görə yemək gec bişsə də, daha dadlı olur.
Etiketlər: yemək, bişirmək, qabları, qablar, qazan, tavalarda, istifadə, qablarda, deyil, faydalı, artıq, lazımdır, Minalanmış, halda, mövcuddur, zamanı, bilərsiniz, bişən, başlayır, uyğun
BİZİ İZLƏYİN