• Qida məhsullarının soyuducuda saxlanılma qaydaları

Reseptin məlumatları Baxış sayı: 1012

Tarix : 24.08.2018, 18:00

Bölmə : Məsləhətlər




Adətən biz alınan qida məhsullarının bir hissəsini tez korlandığına görə atmağa məcburuq. Düşünürük ki, bütün məhsulları sadəcə soyuducuya yığmaq çətin iş deyil, lakin hər şey elə də sadə deyil. Qida məhsullarının düzgün saxlanılma qaydaları mövcuddur. Bu gün biz sizinlə ən faydalı məsləhətlərlə bölüşəcəyik!

— Biz hər şeyi soyuducuda saxlamağı öyrəşmişik. Əslində, bu bütün meyvələr üçün şərt deyil. Bananları və sitrus meyvələrini masanın üstündə qoymaq daha düzgün olar, xüsusən də doğranmamış şəkildə.
— Alma, armud, kivi və manqo havaya etilen ayırır, və bu çürümə prosesini sürətləndirir. Ona görə bu meyvələri tərəvəzlərdən ayrı saxlamaq lazımdır.
— Etilenin həmçinin xeyiri də var - bərk yaşıl meyvələrin yetişməsini sürətləndirmək üçün, onların yanında iki-üç yetişmiş meyvəni qoymaq olar.
— Xiyar, göbələk, xurma və təzə giləmeyvələri dondurucu kamerada saxlamaq lazım deyil – güclü şaxta nəticəsində onlar dad və təravətini tez itirə bilər.
— Yumurtalar adətən soyuducunun qapısında saxlanılır, amma bu soyuducunun ən isti yeri sayılır, buna görə əgər yumurtaları uzun müddət ərzində təzə saxlamaq istəyirsinizsə, onda onları elə öz karton qablaşdırmasında rəfdə saxlamaq daha məsləhətlidir.
— Pendiri polietilen paketdə deyil, perqament kağızda saxlamaq lazımdir – onu supermarketlərdə əldə etmək olar. Soyuducuya yerləşdirməkdən əvvəl pendirin üzərindən artıq mayeni götürmək üçün, onu salfetlə silmək olar.
— Sarımsaq və soğanı sərin, quru yerdə təxminən iki həftə saxlamaq olar, bu halda onlar öz ətrini qoruyub saxlayacaqlar.
— Əti folqaya büksəniz, onun təravətli və sağlam saxlama müddətini uzada bilərsiniz.
— Çörəyi otaq temperaturunda saxlamaq düzgündür, amma 2 gündən çox olmamaq şərti ilə, sonra onu soyuducuya qoymaq daha yaxşı olardı.
— Cəfəri, keşniş və digər göyərtini güllər kimi saxlamaq məsləhətlidir. Dəstələri seçmək, uclarını kəsmək, solğun yarpaqları götürmək və su ilə dolu qabda soyuducuya qoymaq. Bu halda, göyərti bir həftə təzə qalacaq.
— Qoz, fındıq və tumların tərkibində çoxlu bitki piyi olur və o, yanlış saxlama vaxtı tez xarab olur. Ən düzgün seçim — qoz və fındığı qabıqda alıb saxlamaqdır. Təmizlənmiş qozu isə soyuducuda saxlamaq lazımdır.

Etiketlər: saxlamaq, deyil, qoymaq, soyuducuya, düzgün, soyuducunun, saxlama, halda, həftə, soyuducuda, məsləhətlidir, məhsullarının, lazımdır, götürmək, bütün, onlar, sərin, soğanı, təxminən, yerdə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN