• Qışa hazırlıq üçün hansı meyvə-tərəvəzlər hazırlanmalıdır?

Reseptin məlumatları Baxış sayı: 3 002

Tarix : 3-02-2018, 18:00

Bölmə : Məsləhətlər


Mövsümi meyvə və tərəvəzlər nizamlı və uyğun qaydada istehlak edildikdə, dərimizi cavanlaşdırmaqdan, xəstəliklərə qarşı qorunmadan çəki azaltmağa qədər geniş bir təsirə malik olur.

Vitamin, mineral və fitokimyəvi maddələr baxımından zəngin meyvələr və tərəvəzlər haqqında məlumatlarla tanış olun:
Çiyələk: 10-12 ədəd (175 q)
Gündə 100 q çiyələk C vitamininin 60%-ni təmin edir. Həmçinin kanserogen təsirlərə qarşı bədəninizi qoruyur.
Qarpız: 1 nazik dilim (200 q)
Ürəyin dostu kimi qidalar arasında olan qarpız, şəkər nisbətinin tənzimlənməsində kömək edir.
Yemiş: 1 incə dilim (180 q)
Bol miqdarda kalium tərkibi ilə qan təzyiqinin balanslaşması, pis xolesterinin azaldılmasında faydalıdr.
Gilas: 10-12 ədəd (75 q)
Gilasa qırmızı rəngini verən antosiyanin xərçəng yaradıcı amillərə qarşı hüceyrələri mühafizə edir. Bundan başqa, əzələ ağrılarını azaldaraq, ürək-damar xəstəlikləri riskini azaldır.
Üzüm: 1 salxım üzüm 15 ədəd
Güclü antitoksidant ehtiva edən üzüm, alzheimer kimi nevrodegenerativ xəstəliklər və menopauzadan sonra, sümük əriməsinin qarşısının alınmasında effektivdir.
Şaftalı: 1 orta ölçülü (100 q)
A vitamini baxımından zəngin olan şaftalı, görmə funksiyaları, dəri sağlamlığı və immunitetin dəstəklənməsində mühüm təsirə malikdir.
Ərik: 3-4 ədəd (100 q)
Bol lifli meyvələrdən olan ərik, qəbizlik problemin aradan qaldırılmasında kömək edir.
Bibər
Ən mühüm C vitamini mənbəyi olan yaşıl istiota acılığını verən kapsaisin maddəsi xərçəngli hüceyrələrə qarşı mübarizə ilə yanaşı, maddələr mübadiləsini də sürətləndirir.
Pəlpətöyün
Zəngin Omega 3 mənbəyi olan pəlpətöyün, dəri üzərində qocalma və qırışlara qarşı təsiri ilə dərinizi qoruyur.
Etiketlər: qarşı, verən, vitamini, dilim, mənbəyi, kömək, təsirə, maddələr, zəngin, tərəvəzlər, baxımından, qoruyur, mühüm, əriməsinin, qarşısının, Şaftalı, şaftalı, görmə, funksiyaları, ölçülü
BİZİ İZLƏYİN