• İdeal blinçik hazırlamağın 8 üsulu

Reseptin məlumatları Baxış sayı: 352

Tarix : 12.03.2018, 10:00

Bölmə : Məsləhətlər




Əziz kulinarlar, ideal blinçik hazırlamağın 8 qızıl qaydasını təqdim edirik. Bu şərtlərə əməl edib, nəticəsindən məmnun qalmamamaq mümkün deyil.

1. Blinçikə tökəcəyiniz maye isti olmalıdır ki, xəmir yapışqan olsun.
2. Blinçiklərinizin dadlı və gözəl alınmasını istəyirsinizsə, unu ələyib, biraz gözlədikdən sonra kütləyə qatın.
3. Duz və şəkər tozunu reseptdə göstərilən miqdarda əlavə edin. Çünki, duz çox olarsa, blinçiklər solğun, şəkər artıq səpilərsə, bərk alınar.
4. Bu bənddə çoxumuzun sevmədiyi halın çözümünü təqdim edirik. Blinçik xəmirində un topları qalmağını istəmirsinizsə, unu duzlu suda qarışdırıb, sonra əlavə edin.
5. Blinçik bişirəcəyiniz tavaya öncə duz səpib, quru salfetlə silin. Yalnız bundan sonra xəmirə yağ əlavə edib, qızardın.
6. Blinçikləri eyni anda 2 tavada qızardanda daha rahat olur. Bişmiş blinçiklərə kərə yağı sürtüb, üst-üstə qoyanda dadı daha gözəl olur.
7. Blinçiki çevirərkən sınırsa, təlaşlanmayın. Sadəcə xəmirə yenə un və yumurta töküb, qarışdırın.
8. Soyumuş blinçikləri qızdırıb, yemək istəyirsinizsə, folqaya büküb, 140 dərəcə isidilmiş sobaya qoyun. 5-10 dəqiqədən sonra götürüb, nuş edin.

Etiketlər: sonra, əlavə, gözəl, Blinçik, şəkər, edirik, xəmirə, istəyirsinizsə, təqdim, qoyun, dəqiqədən, bundan, qızardın, Blinçikləri, sobaya, qızardanda, tavada, Yalnız, silin, duzlu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica