• Əti necə bişirək ki, dadlı və yumşaq olsun? - FAYDALI MƏSLƏHƏT

Reseptin məlumatları Baxış sayı: 2 117

Tarix : 4-02-2018, 10:00

Bölmə : Məsləhətlər


Dadlı və təzə ət seçmək qabiliyyəti də bir incəsənətdir. Etiraf etməliyik ki, bunu hər kəs bacarmır. Güvənəcəyiniz qəssab tanışınız və keyfiyyətli ət seçmək qabiliyyətiniz yoxdursa, bir yolunuz var: Aldığınız əti ləzzətli bişirmək.

Soğan
Ət xörəklərinin ən dadlı tərkib hissəsi soğandır. Soğanı bişirəcəyiniz ətin tərkibinə halqa, yarımhalqa, ətçəkən maşınından keçirilmiş və ya sürtgəcdə rəndələnmiş halda qatıb, 1 saat gözlədin. Daha sonra yeməyi hazırlayın. Nəticəni özünüz görəcəksiniz.

Xardal
Xardal (qorçitsa) ətə xüsusi dad qatmaq üçün əlverişli ərzaqdır. Xardalı ya toz , ya da sous halında ətin hər tərəfinə sürtün. Əti tikələrə bölüb, 20 dəqiqə saxlayın. Sonra tikələri tavada qızarda və ya sobada bişirə bilərsiniz. Bu üsulla hazırladığınız ət xüsusi ətirə və birazca acı dada malik olacaq.

Mineral su
Bəli, səhv oxumadınız, məhz mineral su ətə əvəzsiz dad qata bilər. Təcrübəli aşpazlar bu üsuldan istifadə edərkən "Borjomi" və s. tipli müalicəvi mineral suları seçirlər. Cəmi 10 dəqiqə mineral suda saxlanmış ət bişdikdən sonra çox yumşaq olur.
Etiketlər: mineral, Xardal, dəqiqə, xüsusi, seçmək, sonra, tikələri, tavada, bişirə, üsulla, bilərsiniz, Sonra, sobada, qızarda, bölüb, halında, Xardalı, ərzaqdır, tərəfinə, sürtün
BİZİ İZLƏYİN