• Sobanı təmizləməyin ƏN SADƏ ÜSULU

Reseptin məlumatları Baxış sayı: 2577

Tarix : 12.02.2018, 10:00

Bölmə : Məsləhətlər


Sevdiklərimizə bəxş etdiyimiz ləzzətlərin bir çoxu sobanın sayəsində reallaşır. Müxtəlif növ şirniyyatları, pizza və digər ləzzətləri iştahla yemək nə qədər qısa sürürsə, soba təmizliyi də çox təəssüf ki bir o qədər uzun və əziyyətli olur. Xüsusilə nizamlı təmizlənməyən sobaların daxili səthindəki qalıqlar böyük çətinlik yaradır. Lakin, qurumuş çirkləri çıxarmağın artıq çox asan bir yolu var! Artıq soba təmizliyi üçün zamanınızı və gücünüzü sərf etməyinizə gərək qalmayacaq! Marketlərdə satılan kimyəvi maddələrin yerinə təbii vasitələrdən hazırlayacağınız sadə qarışıqla sobanızdakı ləkələrdən xilas ola biləcəksiniz. Beləcə həm kimyəvi maddələrdən xilas olacaq, həm də büdcənizə qənaət edəcəksiniz.

Bunun üçün 1 stəkan su, 3 xörək qaşığı sirkə, 2 xörək qaşığı duz və yarım stəkan soda lazım olacaq. Öncə sadalananları bir qabın içərisində qarışdırıb, sobanın içərisinə, eləcə də səthində yağ tutmuş bölgələrə diş fırçası ilə, yaxşıca sürtmək lazımdır. Bir neçə dəqiqədən sonra yağlar qabaracaq. İlıq su və təmiz bezin köməyilə yağlı bölgəni təmizləyin. Sodalı məhlulla yağ ləkələrindən xilas olmanın nə qədər də asan olduğunu gördükdə heyrətlənəcəksiniz.
Soba şüşəsinin təmizliyi üçün isə, üç çay qaşığı qabartma tozu və bir neçə qaşıq suyu qarışdıraraq qatı bir məcun hazırlayın. Məcunu şüşəyə yaxın. Yarım saat gözləyin. Sonra süngərlə şüşəni sürtüb, təmizləyin.
Bəli, soba təmizləmənin ən asan yolunu öyrəndiniz. Tətbiq etməyin zamanıdır.


Etiketlər: təmizliyi, qədər, qaşığı, xilas, kimyəvi, olacaq, sobanın, stəkan, təmizləyin, xörək, lazımdır, dəqiqədən, sonra, yağlar, bezin, köməyilə, sürtmək, təmiz, qabaracaq, yağlı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN