• Soğan doğrayarkən “ağlamaq” istəmirsinizsə, BUNLARI BİLMƏLİSİNİZ

Reseptin məlumatları Baxış sayı: 331

Tarix : 16.08.2018, 10:00

Bölmə : Məsləhətlər




Xanımların ən çox cavab axtardığı suallardan biri də budur: “Soğan doğrayanda necə edək ki, gözümüz göynəyib, yaşarmasın?”

1. Soyduğunuz soğanları 20 dəqiqə soyuq suda saxlayın. Bu müddət ərzində acılıq hissi yaradan maddələr mayedə əriyib, yox olacaq.
2. Soyulmuş soğanları 15-20 dəqiqə ərzində soyuducuda saxlayaraq, istədiyiniz nəticəni əldə edə bilərsiniz.
3. Saqqız çeynəməyi sevirsinizsə, soğan doğrayanda gözlərinizdən yaş axmayacaq. Bunun üçün öncə saqqızı çeynəməyə başlayın, sonra isə ağzınızla nəfəs alaraq, soğanı doğrayın.
4. Ağzınıza su doldurub soğan doğrauyanda da ağlamayacaqsınız. Yorulduğunuzu hiss edəndə, prosesi təkrarlaya bilərsiniz.
5. Kükürd turşusu qıcıqlanmanın qarşısını alır. Soğan doğrayan zaman yanınızda yanan şam qoysanız, acılıq yaradan maddələr gözünüzə yol tapa bilməyəcəklər.
6. Soğanı doğramazdan öncə taxta lövhənin üzərinə duz səpin. Sonra işə başlayın. Gözləriniz yanmayacaq.
7. Faydalı üsullardan biri də, soğan doğrayan zaman, bıçağın iti hissəsini, tez-tez soyuq suya salmaqdır. Bu üsul da, çox vaxt yaxşı işləyir.
8. Dərin qazanın içərisinə soyuq su doldurub, taxta lövhəni üzərinə qoyun. Soğanı bu taxtanın üstündə doğrayın, Lakin bu zaman diqqətli və ehtiyatlı olmalısınız ki, təcrübəniz uğursuzluqla nəticələnməsin.
9. 1 dilim limonu həm taxta lövhənin səthinə, həm də bıçağın iti hissəsinə sürtün. Limon turşusu da, gözünüzü göynəməkdən qoruyacaq.

Etiketlər: zaman, soğan, taxta, soyuq, bıçağın, yaradan, maddələr, başlayın, doldurub, turşusu, doğrayan, Soğanı, lövhənin, acılıq, üzərinə, doğrayın, bilərsiniz, dəqiqə, soğanları, ərzində
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN