• Mətbəxdə lazım olacaq faydali məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 2 028

Tarix : 20-10-2018, 10:00

Bölmə : Məsləhətlər


Balığı yuyarkən əvvəlcə qaynar su axıtsanız pulları asanlıqla və təmamilə təmizlənər.

Vitaminlərin itməməsi üçün soyulub təmizlənmiş tərəvəzin üstünə soyuq su yox, isti su tökün.

Yağlı xəmir yoğurarkən ona heç vaxt süd əvəzinə su qatmayın. Əks təqdirdə belə xəmiri bişirəndə rəngi qaralar, dadsız olar.

Bişmiş ət quru olmasın deyə onu bişirərkən xırda – xırda doğramayıb, iri parça şəklində qaynar suya salmaq, sonra da zəif odun üzərində, vamla bişirmək lazımdır.

Əgər piroq bişdikdən sonra tavaya yapışıb qopmursa, onu bir neçə dəqiqəliyə yaş əskinin üstündə saxlayın. Bəzən tort da bişdiyi tavadan qopmur. Belə vaxtda tavanı əvvəlcə soyudub sonra altını cəld isidin. Belə etsəniz, tort asanlıqla tavadan qopacaqdır.

Yanmasın deyə südü qaynadarkən əvvəlcə qazanı soyuq su ilə yaxalayın.

Kərə yağında və marqarini işıq keçirməyən tünd qabda saxlamaq lazımdır ki, xarab olmasın

İri tortu heç vaxt isti duxovkada bişirmirlər, çünki üstü yanır, içi bişmir. Yaxşı bişməsi üçün duxovkanı əvvəlcədən yaxşı qızdırırlar. Bişirilən vaxt duxovkada vam istilik olmalıdır. Tortu duxovkadan çıxan kimi soyuq yerə qoymaq olmaz, yaprıxar.
Etiketlər: sonra, soyuq, əvvəlcə, olmasın, xırda, lazımdır, tavadan, duxovkada, asanlıqla, qaynar, qazanı, olmaz, qaynadarkən, yaxalayın, yağında, keçirməyən, qoymaq, marqarini, Yanmasın, qopacaqdır
BİZİ İZLƏYİN