• Marketlərdə çörəyi niyə qəhvəyi kağızda saxlayırlar?

Reseptin məlumatları Baxış sayı: 2 581

Tarix : 4-04-2018, 10:00

Bölmə : Məsləhətlər


Çörək tez köhnələn və kifləyən ərzaq məhsullarındandır. Lakin çörəyin köhnəlmə müddətini gecikdirməyin yolları var.

Diqqət yetirmisinizsə, marketlərdə un məmulatları adətən qəhvəyi rəngli kağızın içərisində satılır.

Bu, məqsədsiz deyil. Həmin kağızın nəm əmici xüsusiyyəti var və bu da çörəyin təzə qalmasına kömək edir. Siz də un məmulatlarını və çörəyi qəhvəyi rəngli kağızların içərisində saxlasanız, tez kiflənməsinin qarşısını almış olarsınız.

Aldığınız çörəyi əsla soyuducuda saxlamamalısınız. Çünki soyuq şərait onun daha tez köhnəlməsinə səbəb olur.

Artıq boyatlamış çörəyi yeyiləcək hala gətirmək üçün dilimləyin və üzərinə su damcıladaraq nəmləndirin. Daha sonra isti sobada isidin. 10 dəqiqə içərisində un məmulatı yenilənmiş olacaq.
Etiketlər: içərisində, çörəyi, rəngli, kağızın, çörəyin, qəhvəyi, köhnəlməsinə, şərait, səbəb, Artıq, boyatlamış, soyuq, Çünki, olarsınız, almış, Aldığınız, soyuducuda, saxlamamalısınız, yeyiləcək, olacaq
BİZİ İZLƏYİN