• Bu da peçenye bişirməyin pik nöqtələri

Reseptin məlumatları Baxış sayı: 251

Tarix : 12.04.2018, 10:00

Bölmə : Məsləhətlər


Gözəl peçenyelər bişirmək üçün bəzi qaydaları bilmək lazımdır. Bu qaydalara bildiyimiz zaman lazım olduğu kimi ləzzətli peçenyelər bişirib ağız dadıyla yeyə bilərik. İşdə gözəl peçenye bişirmək püf nöqtələri.
Peçenye bişirərkən istifadə edilən ərzaqların otaq istiliyində olması lazımdır.
Peçenyelərin yumşaq olması üçün, yağ və ya marqarin əridib soyutduqdan sonra istifadə edilməlidir. (yağı əridərək istifadə etdiyimizdə digər ərzaqların içində bərabər olaraq dağılır)
Kərə yağını ya da marqarini otaq istiliyində da yumşaltmaq lazımdır.
İstifadə edilən qatığın turş olmaması lazımdır, istifadə etməzdən əvvəl dadına mütləq baxmaq lazımdır. Qatıq turş isə istifadə etmək olmaz.
Unu və digər quru vəsaitləri ələyərək istifadə etmək lazımdır. Beləcə ələnmiş vəsaitlər peçenye xəmirini kövrək edəcəklər.
Peçenye edərkən, ilk əvvəl yumurta və toz şəkərin çırpılması lazımdır.
Peçenyelərin bişərkən dağılmaması üçün, yumurta və toz şəkəri çox çırpmaq olmaz. Ən çox 2 dəqiqə çırpılır.
Peçenyelərin xəmirinə unu əlavə edərkən taxta qaşıqla qarışdırmaq lazımdır.
Peçenye xəmiri qulaq məməsi yumşaqlığında olmalıdır.
Peçenye vəsaitlərinin tam ölçüdə olması lazımdır. Materialların yoxluğu ya da verilən normalar az və ya çox istifadə edildikdə peçenyelərin dağılmasına səbəb olur.
Peçenye edərkən maye yağ istifadə edəndə peçenyelər daha yumşaq olur, lakin bəzi peçenyelərin dağılmasına səbəb olduğu üçün, bundan çox istifadə edilməməlidir.
Peçenye xəmiri soyuducuda 15 - 30 dəqiqə arası saxlanmalıdır.
Peçenye bişirərkən şəkillərinin pozulmaması və üzerierinin çatlamaması üçün, qabartma tozu çox az ya da heç istifadə edilməməlidir.
Peçenye xəmirinə meyvə parçaları və ya quru meyvə əlavə ediləcəksə, ən sonda əlavə edilməlidir.
Peçenyelərin bişərkən yayılmaması üçün, sobaya verməzdən əvvəl sərin bir yerdə 10-15 dəqiqə saxlamaq lazımdır.
Peçenyeləri əvvəldən isidilmiş sobada bişirmək lazımdır.
Peçenye edərkən qabartma tozu və ya karbonat istifadə edərkən üzərinə 1-2 damla limon suyu sıxılır.
Peçenyeləri 150 ° - 180 ° arasında və 25 - 30 dəqiqə bişirmək lazımdır, çox bişərsə sərt olar.
Peçenyelərin başdiyini anlamaq üçün altlarına baxmaq lazımdır. Peçenyelərin altları qızarmış isə bişmiş deməkdir.
Peçenyeləri sobaya qoyduqdan 15 dəqiqə sonra nəzarət etmək lazımdır.Peçenyelər yana bilər.
Peçenyelər sobadan sərtləşmədən çıxartmaq lazımdır, çünki peçenyelər soyuduqca konsistensiya alır.
Peçenyeləri hava almayan metal qutularda və ya şüşə qablarda saxlamalıyıq.
Peçenyelər saxlanan qabın içərisinə 1 - 2 ədəd qənd qoyulsa, peçenyelər daha gec boyatlar.
Peçenyeləri soyuducuda 1 həftə saxlamaq olar.
Saxlanan peçenyelər hava alırsa, sərtləşər və kıtırlaşır.
Peçenyelərin sərtləşməməsi üçün yanlarına qabıqlı alma qoyulmalıdır. Beləcə peçenyelər 2 həftə ərzində təzə qala bilər.

Etiketlər: lazımdır, istifadə, Peçenye, peçenyelər, Peçenyelərin, dəqiqə, edərkən, Peçenyeləri, bişirmək, Peçenyelər, əlavə, olması, əvvəl, etmək, sobaya, digər, edilməlidir, yumurta, bişərkən, Beləcə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica