• Şüşə əşyalardakı cızıqları yox etməyin YOLLARI

Reseptin məlumatları Baxış sayı: 4 334

Tarix : 12-06-2018, 10:00

Bölmə : Məsləhətlər


Diqqətsiz bir hərəkət ən sevdiyiniz əşyalarınızda cızıqlara səbəb ola bilər. Amma ümidsiz olmayın və əşyanızı qətiyyən atmayın. Bu cızıqları asan yolla yox edə bilərsiniz.

Ağardıcı təsiri olmayan bir diş pastasını pambıq parçaya sıxın. Təxminən 10 dəqiqə dairəvi hərəkətlərlə şüşə səthini silin. Daha sonra diş pastasının izlərini su ilə silin.

Duru yağ tökün və cızıqları ovun. Bu, cızıqların solğunlaşmasına kömək edəcək. Vazelin də istifadə edə bilərsiniz.

Soda və suyu qarışdırıb şüşə səthə sürtün və pambıq parça ilə silin. Daha sonra artığını nəm parça ilə silin.
Etiketlər: silin, sonra, bilərsiniz, cızıqları, pambıq, parça, dairəvi, tökün, izlərini, pastasının, hərəkətlərlə, səthini, cızıqların, qarışdırıb, səthə, sürtün, artığını, istifadə, Vazelin, solğunlaşmasına
BİZİ İZLƏYİN