• Dadlı salat hazırlamağın sirləri

Reseptin məlumatları Baxış sayı: 4497

Tarix : 24.03.2018, 10:00

Bölmə : Məsləhətlər


Bildiyimiz kimi, istər tərəvəzdən, istərsə də meyvədən hazırlanmış salatları hər gün yemək xeyirlidir. Lakin hansı salat olursa-olsun, istər son dərəcə sadə, istərsə də bayramlarda nəzərdə tutulan mürəkkəb salatlar - onların hazırlanmağının da öz incəlikləri, qaydaları vardır. Bu xəbərimdə bu sirləri sizinlə bölüşmək istəyirəm.

* Salat üçün yumurtanı ən azı 10 dəqiqə qaynadıb bişirmək lazımdır.
* Göy paxlanı qaynar duzlu suya töküb bərk qaynatmaq lazımdır. Belə etsəniz paxlanın əvvəlki rəngi dəyişməz.
* Salat üçün tərəvəzi bir qaydada duzlamaq və nazik doğramaq lazımdır. Belə olsa mayonez, xama onlara yaxşı hopar, salata özünəməxsus dad verər
* Tərəvəzin qabığını soyub bişirdikdə mineral duzlar itir. Məsələn, qabığı soyulmuş kartofu qaynatdıqda tərkibindəki mineral duzların 20 faizi suya çıxır. Bu zaman kartofu bişirəcəyiniz suya azca duz qatsanız, bu itki nisbətən azalar.
* Tərəvəzi və kartofu soyub bişirmək istəyirsinizsə, o zaman onları əvvəlcə qaynar suya salın. Belə etsəniz onları bişirdikdə tərkibindəki qidalı maddələr, vitaminlər cüzi miqdarda parçalanacaqdır.
* Çuğundur tez bişsin deyə onu təmiz yuyub, duzlu suda qaynadın.
* Əgər salata alma qatırsınızsa, onu soyub doğradıqdan sonra təxminən 10 dəqiqə müddətində limon turşusu qatılmış suda saxlayın. Belə etsəniz, alma dilimlərinin rəngi qaralmaz.
* Kartof tez bişsin deyə onu qaynatdığınız suya 1 qaşıq marqarin əlavə edin.
* Bəzən gül kələmin aralarında həşərat özünə yer tapır. Odur ki, gül kələmi bişirəndə onu doğramazdan əvvəl 5-10 dəqiqə müddətində möhkəm duzlanmış soyuq suyun içində saxlayın. Belə etsəniz, həşəratlar suyun üstünə çıxacaq.
* Bişmiş kökün tərkibindəki karotin çiy kökə nisbətən iki dəfə azdır. Kökün qabığında karotin və mineral duzlar çox olduğundan onu bişirərkən bacardıqca soymayın, axar suyun altında qaşıyıb təmiz yumaqla kifayətlənin.
* Təzə tərəvəzin tərkibindəki vitaminlər isti dəydikcə parçalanır. Buna görə də tərəvəzi güclü odun üzərində tez bişirmək lazımdır.
* Hər hansı tərəvəzi bişirdikdə qazana 2 parça şəkər salmaq lazımdır. Belə etsəniz, tərəvəz bişdikdən sonra çox ləzzətli olar.
* Kələmi buğda bişirərkən üzərinə azca sirkə, yaxud limon turşusu əlavə etsəniz əzilməz, kövrək olar.
* Qabıqlı kartofu suda qaynadarkən qazana duz əlavə etsəniz, bişdikdən sonra əzilməyib bütöv qalar.


Etiketlər: etsəniz, lazımdır, kartofu, tərkibindəki, mineral, dəqiqə, tərəvəzi, sonra, bişirdikdə, bişirmək, soyub, əlavə, suyun, karotin, nisbətən, Salat, duzlu, bişirərkən, qaynar, qazana
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN