• Yemək bişirərkən edilən səhvlər

Reseptin məlumatları Baxış sayı: 2 089

Tarix : 12-05-2018, 10:00

Bölmə : Məsləhətlər


Makaronu durulama
Makaronu qaynatdıqdan sonra soyuq su ilə və ya uzun müddət durulamaq makaronun bütün qida dəyərini itirməsinə səbəb olur.

Soğan və sarımsağı eyni anda qovurmaq
Sarımsaq uzun müddət istiyə məruz qaldığında tərkibindəki bütün vitaminləri itir. Soğanla eyni anda qovurduğunuz sarımsaq sizə heç bir xeyir verməyəcəkdir. Buna görə soğanı qovurduqdan sonra sarımsağı əlavə etməyiniz vacibdir.

Hamburger küftəsi
Hamburger küftəsi ümumilikdə qalın olur və iç hissəsi bişməyə bilər. Restoranlarda yediyimiz hamburgerlər kimi olsun istəyirsinizsə, bişirmədən əvvəl ortasında dəlik açın. Daha yaxşı bişməsini təmin edəcəkdir.

Ətin duzunu bişdikdən sonra atın
Toyuq əti və ya qırmızı əti bişirərkən duz əlavə etməməyi tövsiyə edirik. Bunun yerinə bişdikdən sonra duzlaya bilərsiniz. Yoxsa ət bərk və susuz olacaqdır.
Etiketlər: sonra, əlavə, sarımsağı, Hamburger, bütün, Makaronu, bişdikdən, küftəsi, müddət, dəlik, yaxşı, bişməsini, edəcəkdir, təmin, ortasında, əvvəl, hamburgerlər, yediyimiz, olsun, istəyirsinizsə
BİZİ İZLƏYİN