• Əti yumşaq etməyin yolları

Reseptin məlumatları Baxış sayı: 4 111

Tarix : 6-01-2018, 10:00

Bölmə : Məsləhətlər


Bəzən biz çox damarlı olan bir ət alırıq. Bişdikdən sonra o bərk alınır və çətin çeynənilir. Kefnizi pozmayın: onu yumşaq və zərif etməyin bir neçə üsülu var.

Meyvələrin köməyi ilə. İstənilən meyvəni doğrayın: alma, ananas, manqo və ua armud. Əti hazırlayarkən arasına meyvənin dənəciklərini düzün. Onlar öz suyunu ətə verəcək və ət xeyli yumşalacaq.

Kolanın köməyi ilə. Qızartmaq istədiyiniz əti cəmi 10 dəqiqəlik kola ilə doldurulmuş qaba yerləşdirin. Bundan sonra çıxardın, bir qədər qurudun və qara istiot qatmaqla qızardın. Ətin dadı əntiqə olacaq, əsas da odur ki bu üsul kifayət qədər qalın olan əi tikələri üçün də yararlıdır.

Limonun köməyi ilə. Əti limon suyunda 30 dəqiqə saxlamaq kifayətdir ki, o xeyli yumşalsın. Həmin effekti sirkəni istifadə etməklə də əəldə etmək olur - ancaq bu halda əti bütün gecə boyu saxlamağınız lazım olacaq.
Etiketlər: köməyi, olacaq, xeyli, sonra, qədər, kifayət, qalın, tikələri, yararlıdır, limon, Limonun, qızardın, çıxardın, Bundan, qurudun, istiot, suyunda, qatmaqla, əntiqə, saxlamaq
BİZİ İZLƏYİN