• Ətin xarab olduğunu göstərən əlamətlər

Reseptin məlumatları Baxış sayı: 859

Tarix : 14.12.2018, 10:00

Bölmə : Məsləhətlər




Xüsusilə ət kimi məhsulları təzə-təzə alıb bişirmək olduqca vacibdir. Saxlanılan ət xarab olur və bilinmədən yeyildikdə zəhərlənmələrə yol açır. Bəs xarab əti necə tanımaq olar?

Ətin rənginə baxın

Ətin təzə, yaxud xarab olduğunu bilməyin ən asan yolu onun rənginə baxmaqdır. Təzə ət qırmızı və parlaq olur. Əgər ət saxlandıqdan sonra rəngi bənövşəyi olmağa başlayırsa, bu, onun köhnəldiyini göstərir. Üzərində yaşıl və qara nöqtələr varsa, bu, ət artıq xarab olub deməkdir.

Qoxusuna diqqət edin
Ətin yararsız olduğunun ən bariz göstəricisi qoxusudur. Xüsusilə xarab yumurta qoxusu və ya turş bir dad varsa, həmin ətdən istifadə etmək olmaz.

Əldə yapışıqlıq hissi yaradırsa...
Əgər əti əlinizə aldıqda yapışqanlıq hiss edirsinizsə, deməli, ət xarab olub.

Bişdikdən sonra…
Təzə ət diri və yumşaq olur, bişdikdən sonra asanlıqla ağızda əriyir.
Etiketlər: xarab, rənginə, Xüsusilə, sonra, varsa, ətdən, həmin, istifadə, etmək, yapışıqlıq, olmaz, qoxusu, yumurta, olduğunun, yararsız, bariz, göstəricisi, qoxusudur, hissi, yaradırsa
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN