Meyvə-tərəvəz seçərkən təzə və keyfiyyətli olmasını anlamaq çoxları üçün çətindir. Buna görə də sonradan keyfiyyətsiz və çürük meyvə-tərəvəz aldıqları üçün şikayət edirlər.
ƏrikƏrik seçərkən ləkəsiz, eyni rəngdə olmasına diqqət edin. Əzik olmasın. Bunlarla yanaşı, qaysının səthi tamamilə quru və forması zədələnməmiş olmalıdır.
Badımcan Badımcanın qabığı sərt olanların əvəzinə yüngül elastik olanları seçin. Üzərində azca çatlar və ağ ləkələr olan badımcanları almayın. Eyni zamanda, badımcanın saplağı qəhvəyi deyil, yaşıl olmalıdır.
YemişYetişmiş yemiş dolu səs çıxarmalıdır. Bununla yanaşı, qovunun qabığı nahamar və kobud olmalıdır.
BalqabaqBalqabaq bir rəngli olmalıdır. Badımcan kimi üzərində müxtəlif rəng çalarları olan balqabaqdan uzaq durun. Eyni zamanda, uzunluğu 20 sm-dən çox olmamalıdır.
LimonLimon seçərkən bir rəngli və parlaq olmasına diqqət edin. Bununla yanaşı, hər zaman ağır olanları seçin. Çünki onlar daha sulu olurlar.
GavalıGavalı seçərkən üzərində ağ un səpilmiş kimi görüntüsü olanları seçin. Bu, onların ağacdan yeni dərildiyini göstərir.
XiyarXiyar nazik qabıqlı və yaşıl olmalıdır. Xiyarın təzəliyini göstərən ən əhəmiyyətli faktor saplaqlarının hələ qopmamış və sarı olmasıdır.
Etiketlər: olmalıdır, seçərkən, seçin, olanları, yanaşı, qabığı, Xiyar, Gavalı, diqqət, Limon, olmasına, zamanda, Badımcan, Bununla, tərəvəz, yaşıl, Balqabaq, rəngli, üzərində, uzunluğu