• Suyun düzgün qaynadılması qaydaları

Reseptin məlumatları Baxış sayı: 233

Tarix : 22.12.2018, 10:00

Bölmə : Məsləhətlər




Su həyatdır. Sağlam olmaq istəyən insan hər gün kifayət qədər adi təmiz su içməlidir.
Suyu heç bir digər mayelərlə - çay, müxtəlif içkilər və s. əvəz etmək olmaz.

Gündəlik istifadə etdiyimiz içməli suyun tərkibində bəzi ziyanlı maddələr var - xlor, ağır metalların duzları, mikroblar və s. Özünüzü və uşaqlarınızı sağlamlıq problemlərindən sığortalamaq istəyirsinizsə, yalnız qaynadılmış su için. Lakin suyun qaynadılmasının da öz qaydaları var. Bu qaydalara əməl etməklə siz suyu daha təmiz və ziyansız edəcəksiniz.


1. Suyu krandan şüşə balona doldurun və 6-7 saat saxlayın. Balonun dibində çöküntü əmələ gələcək.
Daha sonra suyun 3/4 hissəsini çox ehtiyatla çaydana tökün. Nəticədə suda xlor birləşmələri və ağır metalların miqdarı azalır.

2. Suyu qaynadın. Mütəxəssislər suyu elektrik çaydanında qaynatmağı tövsiyə etmir. Suyu orta odda 5 dəqiqə ərzində qaynatmaq lazımdır. Qaynadıqdan sonra su ziyanlı mikroblardan təmizlənir.

3. Suyu uzun müddət ərzində qaynatmayın. Əgər suyun miqdarı xeyli azalıbsa, bu suyu istifadə etməyin. Belə suyun tərkibində ziyanlı birləşmələrin konsentrasiyası artmış olur.

Diqqət! Krandan gələn suyun rəngi dəyişilibsə, su bulanıqdırsa, sudan hər hansı qoxu gəlirsə, belə sudan içmək üçün istifadə etməyin!

Etiketlər: suyun, istifadə, ziyanlı, tərkibində, ərzində, sonra, miqdarı, etməyin, metalların, təmiz, sudan, elektrik, Mütəxəssislər, çaydanında, qaynatmağı, dəqiqə, etmir, tövsiyə, qaynadın, gəlirsə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN