• Hansı soğanı hansı yeməkdə istifadə etmək lazımdır?

Reseptin məlumatları Baxış sayı: 1576

Tarix : 6.11.2018, 10:00

Bölmə : Məsləhətlər


Soğan hər qadının mətbəxində olan tərəvəzdir. Yeməyə ləzzət qatmaqla yanaşı bir çox faydaları da var. Soğan növlərinə görə müəyyən qruplara ayrılır. Təzə soğan, qırmızı soğan və sarı soğan kimi. Bu soğanları növlərinə görə müəyyən yeməklərdə istifadə etmək lazımdır.

Sarı soğan

Sarı soğanın ən böyük üstünlüyü ucuz olması və hər mövsüm tapıla bilməsidir. Eyni zamanda, sarı soğanlar demək olar ki, hər yeməkdə istifadə edilə bilər. Salatlarda, souslarda və şorbalarda sarı soğanla möcüzələr yaradır.

Qırmızı soğan
Qırmızı soğanın ən əhəmiyyətli üstünlüyü bərk və ləzzətli olmasıdır. Yeganə çatışmazlığı asan əriməməsi və qaynadıldıqdan bir müddət sonra tez xarab olmasıdır. Qırmızı soğanı xüsusilə hamburger, soyuq buterbrodlar və balıq yeməklərində istifadə etmək lazımdır.

Ağ soğan
Ağ soğan əsasən acı olur və yeməklərə möhtəşəm qoxu qatır. Bu soğanın yeganə çatışmazlığı doğrayarkən gözü çox yaşartmasıdır. Ağ soğan xüsusilə Meksika yeməklərinin əvəzedilməzləri arasındadır. Bu soğanların quru lobya, noxud və mərcimək kimi paxlalı yeməklərdə istifadə edilməsi məsləhət görülür.

Arpacıq soğanı
Arpacıq soğanının dadı şirindir və rahatlıqla çiy yemək olar. Ancaq çöldə saxlandıqda tez xarab ola bilər. Arpacıq soğanı demək olar ki, bütün yeməklərdə istifadə edə bilərsiniz. Çiy də yeyə biləcəyiniz bu soğan pomidorlu və kartoflu yeməklərlə son dərəcə mükəmməl bir dad uyğunluğu yaradır.

Təzə soğan
Təzə soğan demək olar ki, hər salatda istifadə edilən bir soğan növüdür. Asiya mətbəxi yeməklərinin əvəzedilməzləri arasındadır.


Etiketlər: soğan, istifadə, Qırmızı, soğanın, yeməklərdə, demək, soğanı, Arpacıq, bilər, lazımdır, üstünlüyü, çatışmazlığı, arasındadır, olmasıdır, yaradır, etmək, müəyyən, əvəzedilməzləri, xüsusilə, yeməklərinin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN