• Gümüş əşyaları necə təmizləməli?

Reseptin məlumatları Baxış sayı: 19 326

Tarix : 17-09-2014, 17:30

Bölmə : Məsləhətlər


Gümüş bıçaq, çəngəl, qaşıqları hər dəfə yeməkdən sonra xüsusi məhlulda yumaq lazımdır. Bunun üçün 50 q sodanı 1 l suda əridin, gümüş məmulatları içində yuyun. Sonra yumşaq dəsmalla qupquru qurulayın. (Bu üsulla gümüş bəzək əşyalarını da təmizləyə bilərsiniz).

Əgər gümüş əşyaları parıldatmaq istəyirsinizsə, bunun üçün 20 q natrium hiposulfatı 100 ml suya qarışdırın. Bu suya yumşaq dəsmalı batırıb əşyaları yaxşıca silin. Onların parıltısı artacaq.
Həmçinin 1 stəkan suya 2 x.q. soda və bir parça folqa qoyun, gümüşdən olan əşyanı bu suyun içinə çalın. Bir neçə saniyədən sonra çıxarın, əşya parıldayacaq.

Gümüş əşyaların üstündə tünd ləkələr varsa, belə bir məcun hazırlayın - 5:2:2 nisbətində su, naşatır spirti və diş tozunu qarışdırın. Bunu gümüş əşyanın üstünə sürtüb, yumşaq əski ilə təmizləyin. Təmizlədikdən sonra həmin əşyanı isti suda durulayıb qupquru qurulayın.
Üstündə qaş olan gümüş əşyaları təmizləmək üçün naşatır spirtindən istifadə edə bilərsiniz. Əşyanı spirtin içinə salın, 2-3 dəqiqə fırça ilə təmizləyin. Su ilə yuyub qurulayın.

Gümüş əşyaları qaynatmaq yolu ilə də ağartmaq olar. Bunun üçün qazanda su qaynadıb içinə soda və duz əlavə edin. Nisbət - 1 st. suya 1 x.q. soda və 1 x.q. duz. Gümüş əşyaları içinə salıb 15 dəqiqə qaynadın. Sonra fırça ilə təmizləyin, qurulayın.

Gümüş əşyalar niyə qaralır? - Nəmişlikdən, rütubətdən, kosmetikanın və kükürdlü birləşmələrin təsirindən. Onları quru yerə saxlayıb, vaxtaşırı göstərilən üsullarla təmizləsəniz, o zaman həmişə parlaq qalarlar.
Etiketlər: Gümüş, əşyaları, gümüş, içinə, qurulayın, təmizləyin, sonra, yumşaq, qupquru, əşyanı, bilərsiniz, qarışdırın, fırça, dəqiqə, Sonra, Bunun, naşatır, əşyanın, salın, spirtin
BİZİ İZLƏYİN