• Yağlı xəmirin hazırlanması

Reseptin məlumatları Baxış sayı: 24 094

Tarix : 18-09-2014, 23:00

Bölmə : Məsləhətlər


Yağlı xəmirin hazırlanmasında elastik özlü undan istifadə olunur. Bu xəmiri 15-17 dərəcə C temperaturlu otaqda hazırlamaq tövsiyə olunur.
Yağlı xəmir hazırlanarkən unun ümumi qədərindən 5-10%-ni yağla qarışdırmaq, 5-8%-ni isə yayarkən arasına səpmək üçün ayırmaq lazımdır.

Reseptdə göstərilən suyun 1/4 hissəsində duzu və limon turşusunu (yaxud şirəsini) əridin. Yumurta, sonra isə un əlavə edib, tədricən suyun qalanını da əlavə edərək xəmir yoğurun. Yoğrulmuş xəmiri masada 30 dəqiqə saxlayın ki, şişsin və özü zəifləsin.

Bu müddətdə yağı hazırlayın. Onu əzin, içinin suyunu çıxarın, sonra unla yaxşıca qarışdırın (lopa qalmasın). Sonra onu dördbucaqlı şəklinə salın.

Xəmiri dördbucaqlı formasında yayın, kənarların ortasından nazik olsun. Hazırladığınız yağı ortasına qoyun, zərf kimi bükün. Sonra un səpilmiş lövhənin üstündə qalın oxlovla, ortadan kənarlara doğru yayın. Sonra xəmiri yenə zərf kimi bükün (qarşı tərəfləri ağız-ağza gəlsin, ancaq tam ortada birləşməsin). Onu 20 dəqiqə soyuq yerdə saxlayın. Sonra yayıb 4 yerə qatlayın. Daha 30 dəqiqə soyuducuda saxladıqdan sonra çıxarıb yayın və 3 yerə qatlayın. 45 dəqiqə soyutduqdan sonra sonuncu dəfə yayın, üç yerə qatlayın. Belə xəmirdən hazırlanan məhsullar zərif və pampaq olur.
Etiketlər: sonra, dəqiqə, Sonra, yayın, qatlayın, xəmiri, bükün, əlavə, saxlayın, dördbucaqlı, Yağlı, xəmir, suyun, olunur, olsun, nazik, ortasından, Hazırladığınız, ortasına, soyutduqdan
BİZİ İZLƏYİN