• Şəkərli xəmirin hazırlanması

Reseptin məlumatları Baxış sayı: 40 153

Tarix : 19-09-2014, 15:00

Bölmə : Məsləhətlər


Şəkərli xəmir hazırlamaq üçün az özlü undan istifadə olunur. Özü çox olan undan hazırlanan xəmir yapışqan, hazır məhsul isə quru alınır.

Ərzaqların miqdarını reseptlərdə göstərilən ölçülərlə təyin edin.

Unu soda və ya qabartma tozu ilə qarışdırın, lövhənin üstünə ələyin. Təpəcik düzəldib ortasını çalalayın.

Yağı (kərə və ya marqarin, reseptdə göstərilən) şəkər tozu ilə şəkər tozu tam əriyənədək qarışdırın. Tədricən yumurta sarısı və duz əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırıb una əlavə edin.

Bundan sonra xəmiri bıçaqla yoğuracaqsınız, yəni onun vasitəsilə unla şəkərli qarışığı eynicinsli kütlə alınanadək qarışdırırsınız. Sonra xəmiri dördbucaq hala salıb un səpilmiş lövhənin üstündə oxlovla ortadan kənarlara olmaqla yayın.

Şəkərli xəmir hazırlanarkən onun temperaturu 17 dərəcə C olmalıdır. Şəkərli xəmirdən hazırlanan məhsullar 230-250 dərəcə C-də bişirilir.
Etiketlər: Şəkərli, xəmir, şəkər, lövhənin, əlavə, xəmiri, alınanadək, kütlə, göstərilən, qarışdırın, dərəcə, undan, hazırlanan, vasitəsilə, olmalıdır, şəkərli, qarışığı, sonra, yoğuracaqsınız, məhsullar
BİZİ İZLƏYİN