• Mətbəx mebelinin yağ qatından təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 28 381

Tarix : 5-01-2018, 20:00

Bölmə : Məsləhətlər


Mətbəxdə yağ qatının yığılması normal haldır. Səbəblər arasında yağlı yemək buxarının mebel səthinə hopması, yemək bişirərkən yağın qazandan və ya tavadan sıçraması ola bilər. Mebelə hopmuş yağı təmizləmək düzgün yanaşma tələb edir. Buna həm təmizlik vasitələrinin seçilməsi , həm təmizləmə şəkli aiddir.

Yağ ləkəsini təmizləməyə keçmədən öncə təhlükəsizlik tədbirləri görmək lazımdır. Birinci növbədə, rezin əlcəklər geyinin. Bu sizi təmizləyici vasitə istifadə edərkən kimyavi maddələrdən qoyucaqdır.

Təmizləmə prosesi rahat olsun deyə əvvəlcədən təmizləyici vasitəni duruladıb, püskürdücü sistemi olan şüşəyə boşaldın. Duru vasitə tərkibinə görə ləkəyə daha tez təsir edəcək.

Təmizlik vasitəsi kimi adi, ikitərəfli süngər istifadə edilir. Süngərin bi tərəfi abrazin qatı yaradır. Abrazin qatı vaxt keçdikcə yağ yığdığına görə, mütəmadi olaraq süngəri təzələyin. Təmizləyici vasitənin bahalı və ya ucuz olmasının bir fərqi yoxdu. Sadəcə olaraq tərkibi qələvi ilə zəngin olan vasitə seçməyə diqqət edin.

Təmizliyə başlanan zaman mebel səthi nəmlənir. Süngərin yumşaq tərəfinə 1-2 damcı təmizləyici vasitə tökülür, nəmləndirilmiş mebel səthinə tətbiq edilir. 15 dəqiqə ərzində bu vəziyyətdə qalır. 15 dəqiqə keçdikdən sonra süngərin abrazin hissəsi ilə mebel səthi sürtülür. Sonra bir daha süngərin yumşaq hissəsi ilə mebel səthi təmizlənir. Təmizləyici vasitənin izi qalmasın deyə mebelin səthi mikrofibrli əski ilə silinir.

Mətbəx mebelindən savayı mətbəxdə taxta və ya metal materialdan olan əşyalar varsa, onları bu üsulla təmizləmək tövsiyə olunnmur. Təmizləyici vasitə əvəzinə sulu məhlul hazırlayın. Bunun üçün: ilıq suya sabun, qabyuyan maye və başqa təmizləyici vasitələr əlavə olunur. Xörək sirkəsi və ammonium xlorid qatmaq da olar. Süngər məhlulda isladılıb, mebel səthinə tətbiq edilir. Sonra mebel səthi mikrofibrli dəsmalla təmizlənir.
Etiketlər: mebel, vasitə, səthi, təmizləyici, səthinə, edilir, Təmizləyici, tətbiq, mikrofibrli, süngərin, dəqiqə, Süngərin, təmizləmək, yumşaq, hissəsi, olaraq, istifadə, vasitənin, Sonra, təmizlənir
BİZİ İZLƏYİN