• Qaz sobasının yağdan necə təmizləməli?

Reseptin məlumatları Baxış sayı: 10 004

Tarix : 11-01-2018, 20:00

Bölmə : Məsləhətlər


Hər bir ev sahibəsi ayda bir dəfə də olsa qaz sobasından istifadə edir. Amma çox təəssüf ki, soba işləndikcə yağ və kir qalıqları ilə örtülür. Bundan əlavə hər dəfə soba yandırıldıqda yağ qalıqları yanaraq tüstülənir. Həmçinin də qaz sobaları çox çətin konsruksiyaya malik olduqlarından onları təmizləmək də çətindir.

Qaz və ya elektrik sobasını mağazadan alınmış xüsusi təmizləyici vasitələrlə təmizləmək mümkündür. Əgər siz kimyəvi vasitələrdən istifadə etmək istəmirsinizsə o zaman, az təhlükıli və effektiv xalq üsullarına müraciət edə bilərsiniz. Bu yolla sobanı tez bir zamanda parlaq və təmiz etmək ümmkündür.Təmizlənmənin effektivliyini artırmaq üçün sobanı 20 dəqiqə 500 dərəcə temteratura qədər qızdırmaq lazımdır. Əgər soba pərvanə ilə təchiz olunubsa o zaman təmizləmə zamanı onu bağlayın.

Bunun üçün sizə aşağıdakı vasitələr lazım olacaq.
məişət sabunu
soda
sirkə
limon turşusu
naşatır spirti

Soda
Yağdan azad olmaq üçün soda ən yaxşı vasitəsir. Amma bunun üçün sobanı kifayət qədər yaxşı sürtməlisiniz.Çox vaxt sobanın şüşəsi qəhvəyi rəngli təbəqə ilə öürtülür və onun içərisini görməyə mane olur. Bu təbəqəni soda ilə təmizləmək mümkündür. Bunun üçün şüşənin üzərinə soda səpərək 40-60 dəqiqə gözləyin. Sonra isə nəm əski ilə silin.

Sirkə
Sobanın qapısını və divarlarını sirkə ilə isladaraq 2-3 saat saxlayın. Bundan sonra kir rahatlıqla təmizlənəcək.

Limon turşusu
Qaz sobasını yağdan limon şirəsi vasitəsilə də asanlıqla təmizləmək olar. Bunun üçün bir ədəd limondan sıxılmış şirəni su ilə qarışdırıraraq alınan məhlulla sobanın divarlarını sürtün.

Bunu başqa bir üsulla da həyata keçirmək olar. Bir qabı su lə dolduraraq içinə limon dilimləri atın və bir az yuyucu vasitə tökün. Daha sonra həmin qabı sobaya qoyaraq 100 dərcəyə qədər qızdırın. Sobanı 30 dəqiqə yanılı vəziyyətdə saxlayın. Sonradan yağı və kiri nəm süngərlər asanlıqla təmizləmək mümkün olacaq.

Məişət sabunu
Bir parça sabun qaynar suda əridilir. Alınan məhlulu bir qaba tökərək sobaya yerləşdirərək 30 dərəcə müddətinə 110 dərəcəyə qədər qızdırın. Sonradan soba nəm süngərlə təmizlənir.

Naşatır spirti
Sobanın divarlarını naşatır spirti ilə isladaraq axşamdan səhərədək saxlayın. Səhər artıq yağı asanlıqla təmizləyə biləcəksiniz. Başqa bir üsul: sobanı 65-720 dərcəyədək qızdırın. Su ilə dolu qabı qaynamağa qoyun. Başqa bir qaba isə naşatır spirti tökün. Sonra sobanı yandırın, yuxarı rəfə spirti, aşağı rəfə isə suyu qoyun. Sobanın qapısını bağlayaraq gücədən səhərədək saxlayın. Səhər naşatır spirtini və yuyucu vasitəni həmin suya tökərək alınan məhlulla çirki təmizləyin.
Etiketlər: təmizləmək, sobanı, spirti, qədər, naşatır, saxlayın, divarlarını, Sobanın, qızdırın, limon, Bunun, asanlıqla, dəqiqə, qoyun, sirkə, tökərək, zaman, etmək, sobaya, turşusu
BİZİ İZLƏYİN