• Mürəbbə hazırlayan zaman nələrə diqqət yetirməli?

Reseptin məlumatları Baxış sayı: 3 573

Tarix : 13-03-2018, 20:00

Bölmə : Məsləhətlər


Səhər yeməklərinin əvəzolunmaz, ən dadlı təamlardan biri də mürəbbələrdir.

Uzun müddətə saxlamaq üçün nəzərdə tutulan bütün qidaları hazırlamaq əmək və səbr tələb edir. Hər hansı bir mürəbbə hazırlamaq üçün də bu qaydalar vacibdir. Ən əvvəl mürəbbə bişiriləcək meyvələr təmizlənməlidir. Yığılacaq bankalar lazımi qədər balaca seçilsə daha əlverişli olar.

Mürəbbə yığılacaq banka necə olmalıdır?
Olduqca iri dənəli və bütöv halda olan meyvələrdən mürəbbə hazırlanan zaman bu meyvələrin həcmi azalır. Məhz buna görə də, mümkünsə plastik yerinə şüşə bankalardan istifadə edin. Bankaları istifadə etməzdən əvvəl qapaqları ilə birlikdə yumaq lazımdır. Yuduqdan sonra tamam qurumasını gözləyin.

Mürəbbə bişiriləcək meyvələrin seçimi.
Mürəbbə üçün isdifadə ediləcək meyvələr diri və təmiz olmalıdır. Əzik,çürük olmamalıdır. Məsləhərdir ki, böyürtkən, çiyələk, tut kimi meyvələr alındığı və ya toplandığı gün bişirilməsin. Alma, heyva, armud və s. meyvələrin üzərində ləkə və ya cürük varsa mütləq təmizlənməlidir. Çunki əks halda insan sağlamlığına xətər yetirə bilər.

Mürəbbədə limon duzu və limon suyu
Əsasən suda bişirilən mürəbbələri uzun müddət saxlamaq və dad vermək məqsədilə şəkər əlavə edilir. Qaynama müddətinin sonuna yaxın limon duzu və ya limon suyu elavə edilməlidir. Bu mürəbbəni xarlamadan və pozulmaqdan uzun müddət mühafizə edəcəkdir.

Mürəbbəni dada gətirən ədviyyatlar
Bu əsasən sizin damaq dadınızdan aslıdır. Mürəbbəni dadlandırmaq üçün yasəmən yarpaqları və ya darçın çubuqlarından isdifadə etmək olar. Mürəbbələrə həmçinin də badam, hil, cirə kimi digər ətirli ədviyyatları da əlavə etmək olar.

Mürəbbənin bişirilməsi qaydası
Bütün meyvələr təmizlənib hazırlandıqdan sonra bişirilmə mərhələsinə keçilir. Bişmə müddəti boyunca şəkərin xarlamaması üçün qısa fasilələrələ qarışdırmaq lazımdır. Mürəbbə qaynayarkən üzərindəki köpükəri yığmaq lazımdır. Əgər mürəbbənin daha parlaq olmasını istəyirsinizsə bir parça kərə yağı əlavə edə bilərsiniz.
Etiketlər: Mürəbbə, meyvələr, limon, meyvələrin, mürəbbə, əlavə, lazımdır, əvvəl, sonra, bişiriləcək, istifadə, halda, təmizlənməlidir, Mürəbbəni, isdifadə, etmək, olmalıdır, saxlamaq, hazırlamaq, müddətidə
BİZİ İZLƏYİN