• Yaşıl çayın faydalı və zərərli xüsusiyyətləri, dəmlənmə qaydası

Reseptin məlumatları Baxış sayı: 6 679

Tarix : 15-03-2018, 20:00

Bölmə : Məsləhətlər


Son zamanlar ölkəmizdə də yaşıl çay sevilir və istifadə olunur. Bir çoxlarının arıqlamaq məqsədilə istifadə etdiyi yaşıl çayın bir sıra xeyirli və zərəli xüxusiyyətləri var.

Yaşıl çay qara çay kimi Camellia sinens adlanan bitkinin yarpaqlarından hazırlanır. Ancaq hazırlanma qaydası fərqlidir. Yaşıl çay qara çaya nixbətən az qovrulur ki bu da onun tərkibindəki antioksidlərin yox olmasına səbəb olur. Yaşıl çay təxmini 5000 ildir Çində, Hindistanda tibbi məqsədlərlə istifadə olunur.

Yaşıl çayın tərkibi
Yaşıl çayın tərkibində kateşinlər, epigallokateşin gallat (EGCG) kimi flavanoidlər, polifenollar kimi bioloji aktiv maddələr vardır. E vitamini ilə zəngindir. Yaşıl çayda xrom, maqnezium, selium, sink və kimyəvi birləşmələr, minerallar mövcuddur.

Yaşıl çay necə hazırlanmalıdır?
Yaşıl çayı istehsal edən bəzi şirkətlər onu gündə 1-2 dəfə içməyi məsləhət görürlər. Toz halında olan yaşıl çaydan daha çox, yarpaq formasında olan yaşıl çay içmək daha faydalıdır. Çünki əks halda qaraciyərlərə ziyan verə bilər. Dəmləmək üçün böyük fincana 1-2 qaşıq yaşıl çay tökün. Yaşıl çay qaynadılmamalıdır, üzərinə qaynamış su əlavə edib dəmləməlisiniz. Dəmləmə müddəti 2 dəqiqədən az 6 dəqiqədən çox olmamalıdır. içərisinə şəkər əlavə edə bilərsiniz. Şəkər əvəzinə balda əlavə etmək olur. Bundan əlavə nanə, zəcəfil də əlavə etmək olar. Bilmədiyiniz, keyfiyyətindən əmin olmadığınız çaylari almağınız məsləhət deyil.
Etiketlər: Yaşıl, yaşıl, əlavə, istifadə, çayın, etmək, dəqiqədən, olunur, məsləhət, Çünki, faydalıdır, halda, ziyan, böyük, fincana, Dəmləmək, bilər, içmək, qaraciyərlərə, halında
BİZİ İZLƏYİN