• Limonun mətbəxdən kənar 7 istifadə üsulu

Reseptin məlumatları Baxış sayı: 1 925

Tarix : 3-10-2018, 20:00

Bölmə : Məsləhətlər


Limon nə qədər yaralı olduğunu çoxları bilir. Bəs onu mətbəxdən kənarda necə istifadə etmək olar bilirsiniz?

Limonu yemək olaraq istifadə etməkdən əlavə onunla nələr edə bilərsiniz?


1 limonun qabıqlarını soyub bir gecə 150 ml sirkədə saxlayın. Növbəti səhər həmin limonlu sirkəni sprey başlıqlı bir qaba töküb təmizlik üçün istifadə edə bilərsiniz.
Doğrama taxtasını şampunla təmizləmək yerinə ortadan böldüyünüz limonla sürtərək təmizləyə bilərsiniz. Bunu limonun iki tərəfi ilə də təkrarlayın.
Ağ paltarları yumazdan əvvəl soda və limon ilə sürtsəniz onların rəngi bir az da ağ olacaq. Soda və limonla təmizlədikdən sonra paltarları yumaq lazımdır.
Yarım limonun suyunu əlavə etdiyiniz ilıq suda dırnaqlarınızı saxlasanız onlar möhkəmlənəcək və qırılmaların qarşısı alınacaq.
Hamamınızın daha parlaq olmasını istəyirsinizsə təmizləmək istədiyiniz yerləri limon qabığına qoyduğunuz soda ilə təmizləyin. Bundan sonra o hissələr daha parlaq olacaq.
Əgər ayaqqabılarınızdan iy gəlirsə limon qabıqlarını ayaqqabının içərisində bir gecə saxlayın. Bu ayaqqabıdan gələn pis qoxunu təmizləyir.
1 həftə qol altlarınızı limonla sürtsəniz oradakı qaraltıların getdiyini görəcəksiniz. Hər gün qol oltlarınızı limonla sürtdükdən bir neçə dəqiqə sonra durulamaq lazımdır.
Etiketlər: limonla, istifadə, bilərsiniz, limonun, limon, sonra, saxlayın, əlavə, lazımdır, olacaq, sürtsəniz, təmizləmək, parlaq, qabıqlarını, paltarları, istəyirsinizsə, qarşısı, olmasını, Hamamınızın, alınacaq
BİZİ İZLƏYİN