• Sevdiyin yeməyi de, xarakterini deyim

Reseptin məlumatları Baxış sayı: 2 317

Tarix : 15-09-2018, 20:00

Bölmə : Məsləhətlər


Uzun illərdir aparılan tədqiqatlar sübut edir ki, insanın xarakterini təkcə danışığı, davranışı, geyimi ilə deyil, elə sevdiyi qidalara görə də təyin etmək olar. Maraqlıdır, elə deyilmi? Bir insanı tanımaq istəyirsən, onu restorana dəvət et, sifariş verdiyi yeməkdən sonra onun necə bir tip olduğunu biləcəksən!

Ət yeyənlər
Ət yeyənlər – əsl lider insanlardır. Onlar şəndir, aktivdir, riski sevirlər və hətta impulsivdirlər. Tənqidə hazır deyillər. Belə insanlar bəzən başqalarına böhtan atır, amma sonra peşman olurlar. Amma bu tip insanlar qarşılarına məqsəd qoyur və ona doğru inadla hərəkət edirlər. Ətyeyən insanlar karyerada uğur əldə edir.

Süd məhsullarını sevənlər
Süd və süd məhsullarını sevən çox pozitiv, inanılmaz enerjiyə sahibdir. O, kifayət qədər xeyirxahdır və əla yumor hissinə malikdir. Həmçinin belələri səyahət etməyi sevir, yeniliklərə açıq olur.

Meyvə-tərəvəz yeyənlər
Meyvə-tərəvəzi çox sevən insanlar nailiyyətlər arxasınca qaçan, özlərinə daima yeni sfrealar aça bilən şəxslərdir. Onlar da ətyeyənlər kimi enerjilidirlər. Belə insanlar üçün fəlsəfə – bu həyatın stilidir, ona görə bu tip insanların çoxu sonda vegetarian olurlar.
Meyvə sevənlərin əksəriyyəti yaradıcı insanlar olur. Onlar üçün həyat kitablardır, hər səhifəsində tapdıqları yeniliklərdir, emosiyalardır.

Şirniyyat sevənlər
Şirniyyat sevənlərin çoxu yaxşı təşkilatçıdırlar. Onlar çox yaralı insanlardır, ancaq siz bunu hiss etməyə də bilərsiniz. Təhlil etməyi sevirlər, buna görə də çox əziyyət çəkirlər.

Kəskin ədviyyatı və fast-fudu sevənlər
Kəskin, acı yeməkləri sevənlər macəra həvəskarlarıdır. Onlar açıq havanı çox sevirlər, yeni ideyaları həyata keçirməyə meyillidirlər. Təbiətcə ehtiraslıdır və öz həyatını parlaq rənglərə boyamağı sevirlər. Kin saxlamırlar, çox rəhmli və ürəyiyumşaqdırlar.

süfrem.az
Etiketlər: insanlar, Onlar, sevənlər, sevirlər, Meyvə, yeyənlər, insanlardır, sonra, sevən, Kəskin, məhsullarını, olurlar, Şirniyyat, sevənlərin, etməyi, rəhmli, həyatın, fəlsəfə, yaradıcı, stilidir
BİZİ İZLƏYİN