• Ət: 10 məsləhət

Reseptin məlumatları Baxış sayı: 3 774

Tarix : 7-10-2018, 20:00

Bölmə : Məsləhətlər


Uzun zamandı gözlənilən, özü ilə sevinc, rahatlıq və əlbəttə qayğılar gətirən bayram yaxınlaşır. Təqvimdə artıq dekabrın yarısıdır və bu deməkdir ki, mağazaları (yeri gəlmişkən, tələsin, şəhərdə yeni il endirimləri var) gəzib, yeni paltarlar və ev üçün bəzəklər almağın tam zamanıdır. Lakin ən başlıcası, yeni il menyusunu hazırlamaq qalıb.

Bizim komanda əmindir ki, sizin süfrənizdə ət yeməkləri mütləq olacaq. Amma ət və toyuğu hazırlamaq məsuliyyətli işdir. Buna görə də biz ət və toyuq yeməklərini daha dadlı etmək barədə sizə bir neçə məsləhət vermək qərarına gəldik.

Siz inanmayacaqsınız, amma ətdən hazırlanmış raqu və ya qızardılmış ətə əlavə olunmuş bir qədəh araq əti daha yumşaq edir. Yemək ocaqda bişdiyi zaman tərkibindəki spirt buxarlanır.

Çəkilmiş ətdən kotlet hazırladıqda istifadə etdiyiniz tərəvəzlərin su buraxacağını unutmayın. Farşı qatı edə bilmək üçün manna yarması, düyü, yulaf yarması, qaynadılmış kartof istifadə edin.

Əgər yağlı ət yeməyinə orijinallıq qatmaq istəyirsinizsə, əmin ola bilərsiniz ki, ərik və heyva sizin əvəzolunmaz köməkçiniz olacaq. Həmçinin ananasın suyunu da əlavə edin. Meyvələrin ətri və turşuluğu xoşa gəlməyən yağın dadını yox edir və ətə fərqli dad qatır.

Bizim nənə və analarımız kotletə çörək qatırdılar, amma başqa bir üsul daha var: yumurtanın ağını köpüklənənə qədər çalıb, tökün və sürtgəcdən keçirilmiş təzə tərəvəzləri (kabaçok, balqabaq və ya kök) əlavə edin.

Hansı evdar xanım mişlen ulduzları sahib olan restoranlarındakı kimi ideal steyki arzulamaz? Deməli belə, ətin tikəsi tavada yayılmasın deyə iplə 2 - 3 dəfə sarımaq lazımdır. Razılaşın, resept çox asandır!

Kotlet üçün farşın yumşaq olmağını istəyirsinizsə, yavaşca qarışdırın. Sonra isə biraz soyuq kərə yağı əlavə etsəniz kotletlər istədiyiniz kimi olacaq.

Ətin təzə olması ilə yanaşı quru olmasıyla da rastlaşırıq. Bunun qarşısını almaq üçün əti əvvəlcədən duzlu marinadda saxlamaq olar. Ən yaxşısı duzlu kələmin marinaddır. O, xiyar marinadı kimi kəskin və duzlu deyil.

Döyülmüş ət tikələri qızaran zaman formasını itirməsin deyə üzərindəki qatı damarlarını iti bıçaqla kəsin. Əsas odur ki, ət yağsız olmamalıdır. Yağlı hissəsilə hazırlasanız kotletlər yumşaq olacaq.

süfrem.az
Etiketlər: olacaq, əlavə, yumşaq, duzlu, yarması, Bizim, sizin, ətdən, istifadə, hazırlamaq, zaman, kotletlər, istəyirsinizsə, dadını, sarımaq, restoranlarındakı, sahib, ideal, lazımdır, ulduzları
BİZİ İZLƏYİN