• İdeal pizza üçün 5 sirr

Reseptin məlumatları Baxış sayı: 2 413

Tarix : 19-09-2018, 20:00

Bölmə : Məsləhətlər


Son illər menyumuza daxil olan pizza həm uşaqların, həm də böyüklərin sevimli yeməyinə çevrilib. Onu sevməyən varmı soruşsaq, çətin ki, “hə” deyən tapılar! Pizzanı da elə dadlı, ləzzətli hazırlamaq lazımdır ki, ondan vaz keçə bilməyəsən.

Xəmir
Yadda saxlayın: Pizzanızın dadlı olmasını istəyirsinizsə, o zaman xəmirin yaxşı hazırlanmasına xüsusi diqqət yetirin. Belə ki, xəmiri yüksək əhvalla yoğurmaq lazımdır. Bu, uğurlu iş üçün birinci addımdır. Unun həcmli olmasına görə onu mütləq ələkdən keçirmək lazımdır. Ayrı bir qabda isə maya ilə soyuq suyu qarışdırırsınız. Həmin qaba unun yarısını əlavə edib elə qarışdırırsınız ki, xəmirin içində “yumrular” əmələ gəlməsin. Sonra qabdakı unu və duzu əlavə edib xəmiri yoğurursuz.

Zeytun yağı
Pizzanın xəmirinin yaxşı gəlməsi üçün yoğurarkən zeytun yağından istifadə etməyi məsləhət görərdik. Çünki o xəmirə elastiklik və yumşaqlıq bəxş edəcək.

Xırçıltılı kənarlar
Bəzilərimiz pizzanın içli hissəsindən çox xırçıltılı kənarlarını xoşlayırıq. Bəs onları dadlı edən bu sirr nədir? Pizzanı bişməyə qoyarkən kənarlarına zeytun yağı sürtüb, üstünə də az miqdarda un səpmək lazımdır. Sonra da onu 180-200 dərəcədə qızdırlmış sobaya qoymaq və 10 dəqiqədən çox olmayaraq bişirmək lazımdır.

Sous
Sözsüz ki, pizzanın dadlı olmasında sousun rolu əvəzsizdir. Amma bu o demək deyil ki, sousdan daha çox istifadə etməklə daha yaxşı dad əldə edəcəyik. Orta ölçülü pizza üçün sadəcə 3 xörək qaşığı sous yetərlidir. Sous müxtəlif tərkiblərdə hazırlana bilər, əsas şərt onun duru olmasıdır.

İçlik
Yığcamlılıq istedadın bacısıdır, deyiblər. Bu aforizm təkcə ədəbiyyata deyil, kulinariyaya da aiddir. Belə ki, xəmirin üstü üçün 4 cür ərzağın olması kifayətdir. İçliyin hündürlüyü isə 1-1,5 sm.dən çox olmamalıdır. Ümumiyyətlə, xəmirin üstünü tərəvəz-ərzaqlarla çox doldurmaq məsləhət deyil.

süfrem.az
Etiketlər: lazımdır, xəmirin, dadlı, yaxşı, deyil, xəmiri, qarışdırırsınız, əlavə, pizzanın, istifadə, zeytun, Sonra, Pizzanı, məsləhət, pizza, olmayaraq, bişirmək, dəqiqədən, qoymaq, qızdırlmış
BİZİ İZLƏYİN