• İdeal popkorn üçün 5 sirr

Reseptin məlumatları Baxış sayı: 11 307

Tarix : 23-09-2018, 20:00

Bölmə : Məsləhətlər


Şiddətli Bakı küləyi pəncərəni döyür, qara buludlar, ildırım... və soyuq qış axşamı... Belə vaxtda nə etməli? İsti şala bürünüb çay içməli, kitab oxumalı və ya popkorn yeyə-yeyə sevgi filmlərinə baxmalı...

Popkorn böyüklü-kiçikli hər kəsin sevimli çərəzidir. Xüsusilə də boş vaxtları “dadlı” keçirmək üçün onun misli yoxdur. Ancaq düzgün qaydada hazırlanmış bu çərəz bir başqa cür ləzzətli olur. Bəs burada əsas sirr nələrdir?

Biz sizə ideal popkorn (qarğıdalı partlağı) hazırlamağın 5 sirini təqdim edirik:

Hər paketi ayrıca hazırlamaq lazımdır. Çünki qarğıdalı dənlərinin yaxşı partlaması üçün yer geniş olmalıdır.

Tavanı əvvəlcədən qızdırmaq məsləhətdir. Amma ikinci paket üçün odu azaltmaq lazımdır ki, popkornlar yanmasın.

Dənlər tavanın hər tərəfinə bərabər paylanmalıdır. Üst-üstə qalaqlananda bütün dənlər çırtlamaya bilər.

Tavanı yalnız qarğıdalılar partlamağa başladıqdan sonra silkələmək olar. Bununla da açılmamış dənlərin tavanın dibinə düşərək partlamasına kömək edə bilərsiniz.

“Partlayış” bitəndən sonra odu söndürün, tavanın qapağını açmadan 3-4 dəqiqə gözləyin. Çünki isti tavada hələ bir neçə dənin də çırtlamaq şansı var!

süfrem.az
Etiketlər: tavanın, qarğıdalı, Çünki, Tavanı, popkorn, sonra, lazımdır, qalaqlananda, paylanmalıdır, bərabər, tərəfinə, bütün, dənlər, qarğıdalılar, yalnız, bilər, çırtlamaya, pəncərəni, Dənlər, qızdırmaq
BİZİ İZLƏYİN