• 5 fərqli dadın uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 088

Tarix : 27-09-2018, 20:00

Bölmə : Məsləhətlər


Bizə elə gəlir ki, iki fərqli dadı, məsələn, dondurma ilə duzlu xiyarı birlikdə xoşalayan yalnız hamilələr ola bilər. Amma bütün dünyada baş aşpazlar bir neçə fərqli dadın uyğunluğu üzərində eksperimentlər aparır, maraqlı məqamlar ortaya çıxarırlar. Aralarında həqiqətən çox yaxşı uyğunlaşan qeyri-adi dadlar da var imiş.Biz özümüz də yoxladıq və bəyəndiyimiz 5 fərqli dadı sizə təqdim edirik:

Kəsmik və siyənək balığı
Bu qəribə səslənsə də, amma onların dad uyğunluğu heç pis alınmır. Bu yemək Baltikyanı xalqalara məxsus ənənəvi yeməkdir. Tərkibində təzə siyənək balıq və kəsmik olur. Özündə həm də böyük miqdarda faydalı xüsusiyyətlər daşıyır.

Qara çörəklə kişmiş-kəsmik üçlüyü
Belə buterbrod üçün çörək dadlı və ətirli olmalıdır. Kişmişlə şirin kəsmiyi qarışdırıb, qara çörəyin üzərinə qalın qatla yayırsınız. İnanılmaz dadlı səhər yeməyi və ya yüngül axşam yeməyi kimi istifadə edə bilərsiniz.

Duz və alma
Bu uyğunluq da qəribə səslənir. Amma siz bir dəfə yoxlayın! Duzlanmış yaşıl turş alma dilimlərini alkoqolun yanında desert kimi təqdim edin. Sözsüz ki, tünd içkilərin, məsələn tekilanın yanında.

Limonadla pivə
Bu kokteyl Almaniyada çox məşhurdur. Artıq onu Bakının bəzi kafelərində də hazırlayırlar. Bu cür kokteyl əhval-ruhiyyəni qaldırır, əla adrenalın yaradır. Əgər hazırlamaq istəsəniz o zaman 1:1 nisbətinə riayət edin.

Pendirlə çiyələk
Bu da çox gözəl uyğunluqdur! Çiyələyin şirinliyi ilə pendirin duzluluğu əla vəhdət yaradır. Şərabın yanında desert kimi təqdim etsəniz, mütləq tərif eşidəcəksiniz.

süfrem.az
Etiketlər: təqdim, yanında, fərqli, qəribə, siyənək, kəsmik, yeməyi, kokteyl, desert, uyğunluğu, yaradır, dadlı, məsələn, xiyarı, alkoqolun, dilimlərini, Duzlanmış, yaşıl, duzlu, Sözsüz
BİZİ İZLƏYİN