• Steykin qızarma dərəcələri

Reseptin məlumatları Baxış sayı: 6 354

Tarix : 27-10-2018, 20:00

Bölmə : Məsləhətlər


Əti heç də hamı tam bişənə kimi qızardıb yeməyi sevmir. Axı bu vacib də deyil! Hər kəs steyki öz ağız dadına görə hazırlamalı və ya sifariş etməlidir.
Bəziləri əti hətta yarı-çiy, şirəli (burada şirə deyərkən, ətin qanı, suyu nəzərdə tutulur) yeməyi xoşlayır. Aşpazlar özü də ətin (steykin) 5 cür klassik qızartma dərəcəsi olduğunu bildirirlər. Onlardan ən məşhuru Medium Rare, Medium və Medium Well hesab edilir. Əslində bu qızarma dərəcələrini bilmək restoranda sifariş zamanı köməyinizə gələcək.

Very Rare və ya Blue
Bu, steykin çiy, amma soyuq olmayan növüdür. Azca qızardılır, çölü alyanaq olsa da, içi qırmızı qalır. Ətin temperaturu - 37 - 38 °C.

Rare
Qızardılmamış, qanlı steyk – çöl tərəfi boz-qəhvəyi, içi isə xalis qan. Ətin temperaturu - 39 - 43 °С.

Medium Rare
Orta-çiy ət. Steykin içi qırmızı-çəhrayı rəngdə və qanlı olur. Ətin temperaturu - 43 - 47 °С.

Medium
Bu zaman steyk orta səviyyədə qızardılır. Çöl tərəfi yaxşı qızardılır, içi isə azca çiy qalır: yumşaq və şirəli. Ətin temperaturu - 47 - 50 °С.

Medium Well
Demək olar ki, bu steyk qızardılıb. Ətin içi açıq-çəhrayı rəngdə və azca şirəli olur. Ətin temperaturu -55 - 65 °С.

Well Done
Bu steyk növü tamamilə qızardılmışdır. Çöl tərəfdən boz-qəhvəyidir. Elə ətin içi də qəhvəyi rəngdədir. Şirəli deyil. Ətin temperaturu - 65 °С və yuxarı.

Too Well Done
Çox qızardılmış ət. Bu steyk növündə ətin şirəsi heç yoxdur. Tam bişib. Temperaturu -100 °С-dir.

süfrem.az
Etiketlər: Medium, temperaturu, steyk, şirəli, qızardılır, tərəfi, çəhrayı, steykin, rəngdə, qəhvəyi, qanlı, qırmızı, yeməyi, qalır, deyil, sifariş, zaman, alyanaq, Qızardılmamış, səviyyədə
BİZİ İZLƏYİN