• Suşi haqqında 5 mif

Reseptin məlumatları Baxış sayı: 10 924

Tarix : 31-10-2018, 20:00

Bölmə : Məsləhətlər


Suşi – günü-gündən məşhurlaşır, bir çoxunun sevimli yeməyinə çevrilir. Əslində o dünyada ən sağlam və dadlı yeməklərdən biridir. Amma suşi populyarlaşdıqca haqqında yayılan miflərin də sayı durmadan artır. Suşi haqqında ən geniş yayılmış 5 mifi və onların doğru izahını təqdim edirik.

Soya sousundan istifadə etmək mütləqdir
Çoxu düşünür ki, suşinin hazırlanmasında soya sousundan mütləq şəkildə istifadə edilir. Əslində isə soya sousu heç də bütün ərzaqlarla yaxşı getmir. Suşi ilə verilən sousu restoranlarda nikiri adlandırırlar. Nikiri soya souslu, ədviyyatlı şorbadır ki, yanında da sake adlanan yaponlara xas spirtli içki ilə verilir. Bəzən o bütün yeməyi korlaya bilir.

Həmişə vasabi əlavə etmək lazımdır
Əvvəlcə onu qeyd edək ki, vasabi güclü ətirə malik yapon bitkisidir. Onun ətri digər dadları kölgədə qoyduğu üçün aşpazlar ondan çox istifadə etmirlər, hətta yeməyə böyük miqdarda atmağı özlərinə təhqir hesab edirlər. Bu baxımdan onlar yeməyə müəyyən edilmiş miqdarda qatırlar.

Tunes çəhrayıdırsa, demək təzədir!
Əslində bu fikir də yanlışdır. Çünki çox təzə olmayan balıqları təzə kimi göstərən “üsullar” var. Məsələn, karbon qazı ilə.

Zəncəfil – suşi üçün qarnirdir
Suşini müşahidə edən marinə edilmiş zəncəfil qarnir kimi istifadə edilə bilməz. Burada zəncəfilin əsas rolu müxtəlif balıq növlərindən hazırlanmış suşilər arasında yeyilərək, dad reseptorlarını "sakitləşdirməkdir". Yəni siz növbəti suşi ilə əvvəl yediyinizin dadını qarışdırmayasınız. Paralel olaraq Avropa mətbəxinin şərbətlərindən də istifadə edə bilərsiniz.

Suşini hər zaman sake ilə içmək lazım
Hər yeməyin yanında sake verilməli, sake içilməli kimi adət yayılsa da, ənənəvi suşinin yanında əslində pivə verilməlidir. Ona görə yaxşı restoranlar əvvəlcə qəlyanaltı və salat verirlər ki, masanın arxasında oturanlar azca sake içə bilsinlər.

süfrem.az
Etiketlər: istifadə, yanında, Əslində, sousu, suşinin, etmək, Suşini, bütün, yaxşı, vasabi, edilmiş, sousundan, miqdarda, yeməyə, haqqında, zəncəfil, qarnir, marinə, müşahidə, Zəncəfil
BİZİ İZLƏYİN