• Soğan doğrayarkən gözünüz yaşarmasın deyə...

Reseptin məlumatları Baxış sayı: 2 070

Tarix : 19-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Mətbəxdə işləməyin asan və rahat olması üçün bəzi sınanmış üsullardan, məsləhətlərdən istifadə etmək lazımdır. Bu dəfə də sizə daha 5 sirr verəcəyik:

Mikrodalğalı sobada pizzanı və ya hər hansı un məmulatını isidən zaman onun yanına bir stəkan su qoymaq lazımdır. Bu zaman su buxarlanacaq və həmin qidanın qurumasının qarşısını alacaq.

Qaynadılmış yumurtanı soymaq bəzən çox çətin olur, əsasən də yumurta təzə olanda. Bunu asanlaşdırmaq üçün yumurtanı qaynadacağınız suya ya bir çimdik çay sodası, ya da 1 ç.q. sirkə əlavə edin.

Soğan biz xanımlar üçün əməlli-başlı problem olub. Onu doğrayan zaman gözlərimizdən yaş axır, qızardan zaman kəskin qoxusu üstümüzə hopur və s. bu mövzuda da bir sirr açır: soğanı 30 dəqiqə buzxanada saxlayın, sonra doğrayın. Belə olan halda gözləriniz yaşarmayacaq. Amma bu məsləhət yalnız soğanı qızartmağa, bişirməyə aiddir, salatlara əlavə etməyə deyil.

Pendiri, əsasən də yumşaq pendiri sürtgəcdən keçirmək üçün onu əvvəlcə 30 dəqiqəlik buzxanada saxlayın. Soyuq və özünü tutmuş pendirin çox rahatlıqla sürtgəncdən keçəcəyini görəcəksiniz.

Makaron çoxumuzun sevimli yeməyidir. Onu qaynadarkən yanından uzağa getmirik ki, indi köpüklənər, daşar və aləmi bulaşdırar... Onun da çıxış yolu var: taxta qaşığı qaynayan qazanın üstünə qoyuruq və başqa işlərlə məşğul ola bilərik. Əmin ola bilərsiniz ki, makaronun suyu daşmayacaq.

süfrem.az
Etiketlər: zaman, əsasən, lazımdır, əlavə, yumurtanı, soğanı, saxlayın, buzxanada, əvvəlcə, keçirmək, dəqiqəlik, tutmuş, rahatlıqla, sürtgəncdən, pendirin, sürtgəcdən, özünü, Soyuq, Pendiri, yalnız
BİZİ İZLƏYİN