• Dadlı yarpaq dolmasını necə bişirək? Baş aşpazdan sirlər

Reseptin məlumatları Baxış sayı: 3 753

Tarix : 25-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Xanədan restoranının baş aşpazı ZİYA ŞAHBAZOV milli mətbəximizin ən populyar yeməklərindən biri olan yarpaq dolmasını dadlı bişirməyin bir neçə sirrini bizimlə bölüşdü:

Dolmaya su qədərində əlavə olunmalıdır. Çünki bişdikdə ət və yarpaq su buraxır. Dolmanın suyu qazandan daşarsa, dolmanın dadı-tamı o su ilə axıb gedir;
Dolma zəif, vam odda bişməlidir. Güclü odda bişirilərsə, dolma bərk olur və qaralır;
Dolmanın əti yağlı olmalıdır. Mal ətindən bişirirsizsə, ona quyruq vurun;
Ət yağsızdırsa, farşa bir az kərə yağı qatın;
Keşniş həm dolmaya, həm bütün yeməklərə dad, ətir verir. Keşnişdən həmişə istifadə edin;
Bizim restoranda dolma kababı da bişirilir. Yarpaq dolması şişə keçirilərək bişirilir. Çox dadlı olur;
Yeməyin dadlı olması üçün ən əsas şərt isə, onu ürəklə, məhəbbətlə bişirməkdir. Ürəksiz bişirilən yemək dadlı olmur.

süfrem.az
Etiketlər: dadlı, yarpaq, dolma, bişirilir, Dolmanın, bütün, həmişə, Keşnişdən, yeməklərə, dolmaya, verir, Keşniş, quyruq, bişirirsizsə, vurun, yağsızdırsa, qatın, farşa, istifadə, restoranda
BİZİ İZLƏYİN