• Salatların daha da dadlı olması üçün nə edək?

Reseptin məlumatları Baxış sayı: 1 874

Tarix : 9-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Salat ailə üzvlərinin hər birinin sevimli yeməklərindəndir. Məktəbdən gələn uşaqları, işdən qayıdan həyat yoldaşını dadlı salat ilə sevindirə bilərsiniz. Amma heç də həmişə salatlar istədiyimiz kimi, dadlı, ləzzətli alınmır. Bilirsiniz niyə?

Salatın dadlı olması üçün mütləq bütün əraqlar təzə olmalı, heç 2-3 günün soyuducuda, eyvanda qalan tərəvəzlərindən istifadə edilməməlidir. Əks halda təravətini itirmiş ərzaq və tərəvəzlər salatınızı zay edəcək.

Salatın “dən-dən” görünməsi, ərzaqlarının əzilməməsi üçün yaxşı olar ki, tərəvəzləri bişirib soyudandan sonra 4-5 saat soyuducuda saxlayasınız. Onları sərin halda doğradıqda əzilmir və daha gözəl görünür.

Mayonezin salatların dadına təsir etdiyini hər birimiz yaxşı bilirik. Bəzən elə salatları korlayan məhz mayonez olur. Ona görə də biz xanımlarımıza mayonezi evdə hazırlamağı tövsiyə edirik. Bu zaman salatlarının dadındakı fərqi asanlıqla hiss edəcəksiniz.

süfrem.az
Etiketlər: dadlı, halda, yaxşı, Salatın, soyuducuda, doğradıqda, əzilmir, görünür, salatların, Mayonezin, gözəl, Onları, tərəvəzləri, əzilməməsi, ərzaqlarının, bişirib, soyudandan, dadına, saxlayasınız, sonra
BİZİ İZLƏYİN