• Tərəvəzləri soyub, qabığını atmayın! Gərəyiniz olacaq!

Reseptin məlumatları Baxış sayı: 1 934

Tarix : 27-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Portağal qabığı - atmayın, onun qoxusu evdəki, mətbəxdəki arzuolunmaz həşəratlardan xilas olmağa kömək edir.

Soğan və sarımsaq qabıqları – onlar olduqca yüksək vitamin və gərəkli maddələrlə zəngindir. Atmayın, şorba bişirən zaman yuyaraq içinə atın. Qaynayandan sonra götürün

Yumurta qabıqları kalsiumla zəngin olduğundan onları bitkilərinizin torpağına qata bilərsiniz.Alma qağıqları ilə isə aliminium çaydan və qazanlardakı ləkələri apara, üzünüzü təravətləndirə bilərsiniz.

Qarpızı yedinizsə, onun qabıqlarını üzünüzə sürtün.Qara nöqtələrə qarşı çox effektiv təbii vasitədir.

Banan qabığı – onu həyətdə qoysanız, həşəratları qovar; bədəninizdə qaşınma varsa, ona kömək edər; ayaqqabıları isə par-par parıldadar…

Kök – yemək bişirən zaman kökün başını kəsib atırıq. Amma onu suda saxlasaq, böyüdüyünün şahidi olacağıq. Sınayın!

süfrem.az
Etiketlər: qabıqları, bişirən, zaman, kömək, bilərsiniz, qabığı, effektiv, qarşı, nöqtələrə, təbii, vasitədir, həyətdə, Banan, sürtün, üzünüzə, üzünüzü, apara, ləkələri, təravətləndirə, Qarpızı
BİZİ İZLƏYİN