• Elə bilirsiniz, meyvə-tərəvəzə su axıtmaqla təmiz olur? XEYR!

Reseptin məlumatları Baxış sayı: 2 268

Tarix : 31-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Hər birimiz bilirik ki, heç bir halda meyvə-tərəvəzi yumadan yemək olmaz... Bakteriyalar, gübrələr, dərmanlar və s. orqanizmimiz üçün dəhşətli xəstəliklərə yol aça bilər. Ərzaqların təbii yetişdirilmədiyi zəmanədə yaşadığımız üçün onları arxayınlıqla bir az su altına tutub yemək də olmaz. Bununla tərəvəz, meyvə təmiz olmur!

Çay sodası - pestisidlərdən, göbələklərdən və bakteriyalardan tək qurtuluşdur. Onun heç bir zərəri yoxdur və qidanın da tərkibini dəyişmir. Əgər meyvə-tərəvəzin təmizliyinə əmin deyilsinizsə, onları sodalı su ilə yuyun. Körpələrə verəcəyinizi də sodalı su ilə yumaqdan çəkinməyin.

Meyvə-tərəvəzdən gübrə və herbisidlərin qalıqlarını təmizləmək üçün onları sirkəli su ilə yumaq lazımdır. Bunun üçün ¼ st. üzüm sirkəsi, 1 x.q. alma sirkəsi və 1 x.q. limon şirəsi lazımdır. Bunları yaxşıca qarışdırıb, meyvə-tərəvəzlərin üzərinə tökürsünüz. 5 dəqiqə saxladıqdan sonra bol su şırnağının altında onları yaxşıca yuyursunuz.

Elə meyvələr də var ki, onların qalın qabıqları var. Məsələn, qarpız, yemiş... Bu cürələrini təmizləmək üçün qarışıq hazırlayırsınız: çay sodası və suyu qarışdırırsınız. Qədəri 1:2 olmalıdır. Həmin məhlulu qabığa çəkirsiz və 3-5 dəqiqə gözləyirsiniz. Sonra fırça ilə yaxşıca sürtüb və su altında yuyursunuz. Bu məhlulu alma, pomidor üçün də istifadə edə bilərsiniz. Çünki o, bakteriya, göbələklərlə yanaşı, qabıq üzərində olan mumu da aparır.

Yarpaqlardan ibarət tərəvəzləri, məsələn, göyərtiləri, gül kələmi, kələmi, kahını və s. təmiz yumaq üçün onları ancaq bol suda islatmalısınız. Bunun üçün duzlu su hazırlayırsınız və tərəvəzi içində 25-30 dəqiqə saxlayırsınız. Sonra isə təmiz yuyursunuz.

Hər zaman təmiz və sağlam olmağınız diləyi ilə...

süfrem.az
Etiketlər: onları, meyvə, təmiz, dəqiqə, yuyursunuz, yaxşıca, lazımdır, Bunun, təmizləmək, sodası, Sonra, məhlulu, sodalı, hazırlayırsınız, kələmi, yumaq, olmaz, yemək, tərəvəzi, sirkəsi
BİZİ İZLƏYİN