• Yumurtanın boyanması üçün 10 orijinal ideyalar

Reseptin məlumatları Baxış sayı: 3 635

Tarix : 10-03-2018, 16:30

Bölmə : Məsləhətlər


Novruz Bayramı yaxınlaşır. Sizə yumurtanın boyanması üçün 10 orijinal ideya təqdim edirik.

1. Soğan qabığı

Bu ən sadə üsuldur. Soğan qabığını qazana yığın, 30 dəqiqə ərzində qaynadın, səhərə qədər saxlayın. Səhər soğan qabıqlarını çıxardın, qazana yumurtaları qoyun və hazır olana qədər bişirin.

2. Sarıkök
1 xörək qaşığı sarıkök 2 l qaynar suda qaynadın, suya yumurtaları qoyun və hazır olana qədər bişirin.

3. Çuğundur
Çuğunduru yuyun, təmizləyin, sürtgəcdən keçirin, hazır olana qədər bişirin. Sonra bu suya yumurtaları salın və bişirin.

4. Abstrakt rəsmlər
Yumurtanı soğan qabığına, sonra tənzifə bükün və suya yumurta boyamaq üçün xüsusi boya (istənilən rəngdə) əlavə edib bu suda yumurtaları bişirin.

5. Rezinlər
Yumurtaları üzərinə bir neçə rezin taxın və suya boya əlavə edib qaynadın.

6. Folqa
Yumurtaları bişirin və rəngli folqaya kip bükün, qıraqları yapışdırın.

7. Məşğul insanlar üçün
Dükanlarda xüsusi "nakleyka"lar satılır. Bişmiş yumurtanı "nakleyka"ya salın və sonra qaynayan suya salın ki, yumurtaya yapışsın.

8. "Yarpaq"lar
Yumurtanın üzərinə keşnişin, şüyüdün, cəfərinin "yarpağını" qoyun, tənziflə bərkidin və istənilən boyada və soğan qabığında qaynadın.

9. Uşaqlar üçün
Cizgi film oyuncaqları ilə bəzəmək.

10. İpəklə
Çiy yumurtaları 100% ipək parçaya (məsələn, köhnə qalstuklardan və s.) bükün, tənziflə bərkidin, qıraqları sapla bağlayın və hazır olana qədər bişirin. Suya 1 xörək qaşığı sirkə əlavə etmək lazımdır. Çox qeyri-adi naxiş alınır.
Etiketlər: bişirin, qədər, yumurtaları, hazır, qaynadın, olana, qoyun, soğan, salın, əlavə, bükün, akleyka, Yumurtaları, üzərinə, qıraqları, istənilən, xüsusi, qaşığı, xörək, sonra
BİZİ İZLƏYİN