• Süd köpükləndiricilərin növləri

Reseptin məlumatları Baxış sayı: 2 396

Tarix : 16-01-2019, 10:00

Bölmə : Məsləhətlər


Süd köpükləndirici – kofe sevənlər üçün əvəzedilməz cihazdır, belə ki, onun sayəsində içkinin müxtəlif variantda hazırlanması dəfələrlə artır. Südün qarışdırılması zamanı, köpükləndirici onu oksigenıə zənginləşdirir və içkinin üzərində qatı qaymaq əmələ gəlir. Bunun sayəsində vaxt sərf etmədən, gözəl dad və ətri olan kofeli içkilər hazırlamaq imkanı əldə edəcəksiniz.

Süd köpükləndiricilərin növləri
Bu cihazın 2 növü mövcuddur: əl ilə işləyən və avtomatik köpükləndiricilər. Əl ilə işləyən modellər mikser və ya blender prinsipi ilə işləyir. Xüsusi formalı fırça sayəsində süd asan köpüklənir və formasını saxlayır, cihazın istifadəsi isə çox sadədir. Bundan əlavə cihaz heç bir xüsusi qulluq tələb etmir və enerji sərfində isə maksimal dərəcədə qənaətlidir.

Avtomatik köpükləndiricilər daha mürəkkəbdirlər. Onlar südün isidilməsi üçün xüsusi sistemə malikdir və yüksək keyfiyyətli qaymaq istehsal etməyə imkan verir. Hər iki növün əsas xüsusiyyətləri onların istifadə edilməsinin sadəliyi, eləcə də idarə olunmasının rahatlığıdır. Çox az bir müddətdə bu cür içkilərdən zövq almaq imkanınız olur:

kapuçino;
latte;
mokkaçino;
makiato və daha çox.
Etiketlər: sayəsində, köpükləndiricilər, cihazın, köpükləndirici, içkinin, xüsusi, qaymaq, işləyən, südün, Onlar, sistemə, yüksək, malikdir, mürəkkəbdirlər, isidilməsi, dərəcədə, etmir, tələb, qulluq, cihaz
BİZİ İZLƏYİN