• Blender seçimi

Reseptin məlumatları Baxış sayı: 2 987

Tarix : 24-01-2019, 10:00

Bölmə : Məsləhətlər


Blenderdən Azərbaycanın demək olar ki hər bir mənzilində istifadə olunur. Bu cihaz vasitəsilə artıq vaxt sərf etmədən kokteyl, püre, farş və s. hazırlamaq olar. Bu cihaz istifadədə çox rahat və sürətlidir. Blender kimi ev köməkçisi istənilən məhsulu doğrayır, əzir bulayır və qarışdırır.

Blender seçimi
Satış bazarında iki böyük qrupa aid olan modellərə rast gəlmək olar:

Yüklənən: farşın hazırlanmasında, tumların,fındığın, quru meyvələrin, tərəvəzlərin xırdalanmasında ideal köməkçidir;
Stasionar blenderlərdən adətən duru və xamaya bənzər qarışıqlarla işləyən zaman istifadə edilir. Bu blenderlər vasitəsilə tərəvəz püreləri, mussları, kokteyllər və xəmirin hazırlanması üçün istifadə edilir. Motor və fincan hərəkətsiz vahid konstruksiyada birləşib. Bu cihazlardan istifadə edərkən, minimal müdaxilə tələb olunur. Lazım olan rejimi müəyyən edərək, cari işlərinizlə rahatlıqla məşğul ola bilərsiniz. Hətta buzu doğramaq üçün belə, bu modeldən istifadə etmək olar.;
Hər 2 kateqoriya üçün vahid qayda mövcüddur: güc yüksək olduqda, məhsulların doğranması daha sürətli olacaq. Əgər Siz kulinariyada eksperimentlər etməyi sevirsinizsə, bir neçə sürətə malik ola blender əldə etməyiniz tövsiyə olunur.
Etiketlər: istifadə, olunur, vasitəsilə, Blender, vahid, cihaz, edilir, rejimi, Lazım, tələb, müdaxilə, müəyyən, edərək, bilərsiniz, məşğul, rahatlıqla, işlərinizlə, minimal, edərkən, fincan
BİZİ İZLƏYİN