• O yeməyi kişi hazırlayırsa...

Reseptin məlumatları Baxış sayı: 363

Tarix : 6.01.2019, 10:00

Bölmə : Məsləhətlər




Deyirlər, dünyanın ən yaxşı aşbazları kişilərdir amma bu o demək deyil ki, hər kişi yaxşı aşbaz olmalıdır. Vacib olan məqam çox yaxşı yemək bişirmək deyil, ümumiyyətlə bişirməyi bacarmaqdır. Bunun üçün o qədər səbəbləri var ki…

Kişi mətbəxdə bölməsində bu dəfə o səbəblərdən danışacağıq.

Başlayaq elə səhər yeməyindən. Unutmayın ki, kişinin səhər hazırladığı yemək, qadın üçün dünyanın ən yaxşı yeməyidir. Təsəvvür edin, mütəmadə olaraq hər səhər sizdən daha tez oyanıb yemək hazırlayan qadın bir gün kişi tərəfindən hzırlanan süfrəni görəndə necə xoşbəxt olar.

Bəzən qadının əhval-ruhiyyəsinin pis olmasının bir səbəbi də, dadlı yemək yeməməsi olur. Burada əziz kişilər, əsas iş bizim öhdəmizə düşür. Hazırladığımız sadə bir yemək belə, qarşı tərəfi xoşbəxt etməyə kifayət edir.

Şübhəsiz ki, xəstə olanda tək ehtiyacımız olan yemək, dadlı və isti şorbadır. Qadınlar bu işin öhdəsindən layiqincə gəlir. Bəs kişilər? İndi isə sıra bizdədir. Şorba içməkdən daha vacibi onu kimin bişirməyidir. Əsasən də, də qadınalar üçün.

Xüsusi günlər, xüsusi hazırlanmış yeməklərlə birləşdikdə daha da möhtəşəm günə çevrilir. Hələ o yeməyi kişi hazırlayırsa, daha da böyük əhəmiyyət daşıyır. Unutmayaq ki, hazırladığımız yemək dünyanın ən yaxşı yeməyi olmaya bilər, amma bir qadını necə xoşbəxt edəcəyimizi təsəvvür belə edə bilməzsiniz.

Kofe içmək hər halda zövq verir, amma o tək yox…. Əgər siz həmin kofeni sevdiyiniz şəxslə birlikdə içirsinizsə, 2 qat zövq artır və bu zaman xoşbəxtlik tam olaraq sizin qarşınızda olur.

Hərdən təşəkkür etmək üçün sözlər kifayət etmir. Ola bilər ki, biz qarşı tərəfə təşəkkürümüzü, sevgimizi sözlərlə ifadə edə bilmirik. Qətiyyən problem etməyə dəyməz.

Edə biləcəyimiz tək şey onun sevdiyi yeməyi hazırlamaq olacaq. Bununla biz, ona qarşı necə diqqətli olduğunuzu göstərmiş olacaqsınız.

Yemək bişirmək həm də, özünə inamıdır. Niyə biz hər dəfə ac olanda kiməsə müraciət edək ki? Elə özümüz mətbəxə girib yeməyimizi hazırlayaq. Təkrar edirik, yəməyin mükəmməl olmağı vacib deyil. Əsas olan təşəbbüs etməkdir.

Son olaraq, əziz kişilər, bir məqamı unutmayaq. Biz təkcə həyat yoldaşı deyilik, həmçinin atayıq, uşaqlarımız var. Onlar üçün atalarının hazırladığı yeməyin dadı xüsusi olur. Elə bir uşaq tapılmaz ki, atasının hazırladığı yeməyi bəyənməsin və yeyən kimi onun boynunu qucaqlamasın. Bundan da vacib nə var?
Etiketlər: yemək, yaxşı, yeməyi, kişilər, dünyanın, xoşbəxt, olaraq, hazırladığı, səhər, qarşı, deyil, qadın, bilər, vacib, xüsusi, olanda, etməyə, kifayət, dadlı, bişirmək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN