• Biskivitim qabarmır deyənlər - Mütləq oxuyun

Reseptin məlumatları Baxış sayı: 2 922

Tarix : 2-05-2019, 10:00

Bölmə : Məsləhətlər


Ürəyiniz tort istəyir və gedirsiz mətbəxə bir biskivit xəmiri hazırlayırsız amma bişirən zaman biskivit qabarmır. O qədər ərzaq və əziyyətiniz heç olur. Özəlliklə qonağınız gələcəksə...

Bəs niyə biskivit qabarmır və ya sönür? Təbiiki bunun üçün çoxlu səbəb var. Əsas səbəb isə istilikdir. Sobanın dərəcəsini düzgün qurmalısız. Və bişmə zamanı qapısın tez tez açıb bağlamamısız.
İlk 20-25 dəqiqə sobanın qapısın açmayın və istiliyində dəyişiklik etməyin. Daha sonra bişib bişmədiyin öyrənmək üçün bıcaq və ya digər bərk cisimləri anidən keksə batırmayın. Ən azı 1-2 dəfə kürdanla yoxlayın. Bu formada bişirməyə diqqət edin.

Digər səbəb isə elə sobanın özüdür. Bişirmə dərəcəsi, hər yerə bərabər istilik yaymaması, qapısında boşluq olması da təsir edən amillərdən biridir.

Bir digər səbəb isə ərzaqların vaxtının keçməsidir. Xüsusən yumurtanın xarab olması keksin qabarmamasına səbəb olur. Qabartma tozunun vaxtının keçməsi və düzgün şəraitdə saxlanılmaması da keksin sönməsinə səbəb olur.
Ərzaqları otaq şəraitində saxlayıb sonra bişirin. Unu ələkdən keçirtmədən qarışıma tökməyin.
Yumurtaları çox yaxşı çalın. Hətta alınsa ağın ayrı sarısın ayrı çalın.

Unu aşağıdan yuxarı yavaş yavaş qarışdırın. Sərt şəkildə qarışdırmayın. Vanil, qabartma kimi ərzaqları unla birlikdə ələyin. Çox qabarmasın deyə 1dən əlavə qabartma tozu atmayın.
Unu az az tökməyə çalışın. Qabartmanı tökdükdən sonra 1-2 damcı limon suyu və ya soda tökə bilərsiz.
Etiketlər: səbəb, biskivit, sonra, qapısın, düzgün, yavaş, sobanın, digər, olması, vaxtının, keksin, qabartma, çalın, qabarmır, saxlanılmaması, şəraitdə, keçməsi, tozunun, sönməsinə, Ərzaqları
BİZİ İZLƏYİN