• Evdə ləzzətli hamburger hazırlanması

Reseptin məlumatları Baxış sayı: 2 601

Tarix : 11-02-2019, 10:00

Bölmə : Məsləhətlər


Fast-food restoranlardan aldığımız hamburgerləri evdə hazırlayaraq ailə üzvlərinizə , övladlarınıza, qonaqlarınıza təqdim etməyin ləzzəti ayrıdır.
Çünki dadı başqa heç bir şeyə bənzəməyən bir hamburger hazırlamaq üçün heç də məşhur aşbaz olmaq lazım deyil.

Evdə ləzzətli hamburger hazırlamaq sirrləri:
Evdə hazırlanan hamburgerin dadlı olmasının səbəbi ilk öncə doğru ət seçimidir.
Elə rastgələ ət almaq düzgün deyildir.
Hamburger üçün dananın döş ətindən istifadə etmək lazımdır.
Ət çox yağlı olmamalıdır.
Əti dincəldərək aram-aram yoğurmaq lazımdır.
Küftələr hamburger çörəyindən geniş olmalıdır.
Hamburger xərcinin içərisinə qatışdırdığınız soğan, sarımsaq və ədviyyatları normal küftəyə görə bir az artıq atmalısınız .
Ayrıca küftənin içinə suxarı əlavə edin.
Küftələri çox yoğurmayın və soyuducuda dincə qoyun.
Çünki qiymənin dincəlməyə və toparlanmağa ehtiyacı vardır.
Belə olmasa küftəniz tavada dağılar.
Tavanı əvvəlcədən qızdırın ancaq tavaya yağ tökməyin.
Ətiniz onsuz da yağlıdır.
Qızdırdığınız tavaya hamburger küftənizi qoyun və o üz bu üzə çevirin ki, yanmasın.
Küftələrin orta hissəsini baş barmağınızla basaraq çuxur açın.
Çuxurlar ət bişdikcə itəcəkdir.
Küftələr də bu şəkildə rahat bişəcəkdir.
Hamburgeri yaxşı və ya pis edən onun əti ilə bərabər həm də çörəyidir.
Hamburger çörəklərini əvvəlcədən fırında qızdırın.
Amma yandırmayın.
Çalışın ki, çörəklər yumşaq olsun.
Tavada bişən küftələri çevirdikdən sonra üzərinə holland pendiri qoyun ki, çevrilmiş ətin istidində ərisin.
Beləliklə pendirin də ləzzəti ətə keçir.
Hazır hamburgerlərin içərisinə bol göyərti qoymaq lazımdır ki ,dolu görünsun.
Artıq sosu hazırlamağın vaxtıdır.
Dadlı bir sosa ehtiyacımız vardır.
Sosu hazırlamaq üçün beş ölçü mayonez, bir ölçü ketçup və bir ölçü xardal əlavə edib qarışdırın.
Bununla da dadlı bir sosa sahib olacaqsınız.
Hazır sosun içərisinə nişasta əlavə edərsinizsə sosunuz həm dağılmaz, həm də axmaz.

Nuş olsun!
Etiketlər: hamburger, içərisinə, lazımdır, Hamburger, əlavə, qoyun, hazırlamaq, Çünki, vardır, ləzzəti, Küftələr, tavaya, dadlı, qızdırın, əvvəlcədən, Hazır, Hamburgeri, çörəyidir, yaxşı, bərabər
BİZİ İZLƏYİN