• Mətbəxə yayılan yemək qoxularından necə qurtulmaq olar?

Reseptin məlumatları Baxış sayı: 1 902

Tarix : 13-02-2019, 10:00

Bölmə : Məsləhətlər


Mətbəxdə yemək bişirirərkən yaranan qoxular həm bişirənin saçına, paltarlarına hopur, həm də qapı qapalı olsa belə bütün evə yayılır. Özəlliklə son illərdə istifadə edilən açıqmətbəxlərdə bu daha ciddi problemə çevrilir. Bu səbəbdən yeməklərin qoxusunun çox hiss edilməməsi üçün aspiratorlardan istifadə olunur.

Ancaq qızartma tipli ağır yeməklərin qoxusunun getməsi üçün bəzən aspirator belə yeterli olmur.

Vanil
Yeməyinizi bişirib qurtardıqdan sonra 1paket vanili tavanın içinə tökərək az xodda qovura bilərsiniz. Vanilin qoxusu bütün evə yayılaraq, istəmədiyiniz qoxuları tamamilə yox edəcək.

Sirkə və limon
Yeməyinizi bişirib qurtardıqdan sonra kiçik bir qazanın içinə 1 stəkan su, 2 yemək qaşığı alma sirkəsi və 1bütov limonun suyunu tökərək az dərəcədə qaynadaraq qoxulardan azad ola bilərsiniz.

Darçın və şəkər tozu
Qazın ən kiçik gözündə 1çay qaşığı şəkər tozu və darçını qarışdırıb qovuraraq evinizdə təravətli qoxu yarada bilərsiniz.

Dəfnə yarpağı
Başqa bir alternativ isə 1-2ədəd defne yarpağını yenə az dərəcədə qaydaraq ağzı açıq şəkildə soyudaraq pis qoxuları dəf edə bilərsiniz.

Şəkər
Yemək bişirərkən yanan ocağın kənarına 1ədəd şəkər qəndi qoysanız istilik artıqca ətrafa xoş bir qoxu yayılmağa başlayacaq.

Şam
Son olaraq onu demək istərdik ki, yemək bişirilən anda ocağın yanında 1ədəd şam yandırsanız və yemək bişdikdən 10-15 dəqiqə sonra sönürsəniz yenə də qoxulardan rahatlıqla azad ola biləcəksiniz.
Etiketlər: bilərsiniz, yemək, şəkər, sonra, bişirib, içinə, qoxuları, tökərək, ocağın, qoxusunun, yeməklərin, istifadə, dərəcədə, qurtardıqdan, qoxulardan, Yeməyinizi, qaşığı, kiçik, 1ədəd, bütün
BİZİ İZLƏYİN