• Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 2 249

Tarix : 15-02-2019, 10:00

Bölmə : Məsləhətlər


Təmizlik insan sağlamlığı üçün ən önəmli faktorlardan biri hesab olunur. Mətbəxdə təmizliyə riayət emək isə daha da önəmldir. Bu məsələdə bəzi insanlar çox həssas davranırlar. Təxmin edə bilirik ki, siz də eləsiniz və bunun üçün bir neçə pratik üsulları sizinlə paylaşmaq istəyirik.

Qaralan aliminium qablarınızı əvvəlki formasına qaytarmaq üçün onları su və sirkə ilə qaynada bilərsiniz. Bu üsul çox sadədir.

Çəngəl və bıçaqlarınızın qaralmasının qarşısını almaq üçün qabyuyan maşınınıza ayda bir dəfə yuyucu toz tökə bilərsiniz.

Çay və qəvə stəkanlarındakı ləkələrdən qurtulmaq üçün isə bir bezi gliserinlə isladıb təmizləmək olar.

Qaralan və matlaşan çaydanlarınızı yeniləmək üçün yarım stəkan sirkəyə bir çimdik duz tökərək yenə də bir bezi bu maye ilə isladıb rahatlıqla təmizləyə bilərsiniz.

Tavada qalan ləkələri yox etmək üçün 1 stəkan suya 2 xörək qaşığı soda və yarım stəkan sirkə qarışdıraraq tavaya tökür və 10 dəqiqə qaynadırsınız.

Kristal qablarınızı parlatmaq üçün qabyuyan maşına yarım stəkan sirkə və bir çimdik duz qatmanız ideal variant olacaqdır.

Yeni aldığınız mətbəx əşyalarınızın üzərindən etiket hissəsini qopardıqda izlərin qalması demək olar ki, qaçınızlmazdır. Bunun üçün mebel yağı ilə silə bilərsiniz.

Mətbəxdə və evin isənilən bölgəsində istifadə etdiyiniz bəyaz pərdələrin daha uzun müddət bəyazlığını qorumasını istəyirsinizsə yuduğunuz suya 1-2 xörək qaşığı şəkər tozu qatın.

Təbii ki, mövzu təmizlikdirsə daha da uzun yazmaq olardı. Bu haqda məsləthətləri daha tez-tez sizinlə bölüşməyə çalışacağıq.
Etiketlər: stəkan, bilərsiniz, sirkə, yarım, qablarınızı, Qaralan, isladıb, qaşığı, xörək, sizinlə, qabyuyan, çimdik, Mətbəxdə, üzərindən, əşyalarınızın, mətbəx, aldığınız, etiket, qopardıqda, demək
BİZİ İZLƏYİN