• Yağlı qazanları yumağın asan yolu

Reseptin məlumatları Baxış sayı: 3 306

Tarix : 25-03-2019, 10:00

Bölmə : Məsləhətlər


Qazan və tavaların təmizliyi bir az daha çətindir.

Özəlliklə uzun müddət yüksək istilikdə qaldıqları üçün yağ yanıqları meydana gəlirsə. Bunları təmizləmək isə heç də asan deyil. Bunun üçün də qadınlar çox vaxt əsasən sərt kimyəvi tərkibli təmizləyicilər istifadə edirlər. Aile.lent.az bu yazısında sizə yanmış yağ ləkələrinin asanlıqla necə təmizlənəcəyini anladır.

Ehtiyacınız olan:
- ½ stəkan qabartma tozu
- 1 və ya 2 xörək qaşığı hidrogen peroksid
- Süngər

Necə tətbiq edilir?
Qabartma tozu və hidrogen peroksidi kiçik bir kasanın içində qarışdırın. Qarışım krem şanti halını alacaq. İçinə bir miqdar da hidrogen peroksid əlavə edə bilərsiniz. Yanmış tava, ya qazanda yanıq ləkələrinin üzərinə bu qarışımı yaxşıca yayın. Hidrogen peroksid möhtəşəm təmizlik edir və yapışan yağ ləkələrini çıxarır. Metal qablar üzərində daha yaxşı effekt göstərir. Ardından süngərlə ovun. Ovduqdan sonra yuyun və durulayın.
Etiketlər: hidrogen, peroksid, ləkələrinin, Yanmış, əlavə, bilərsiniz, qarışımı, yanıq, qazanda, miqdar, üzərinə, alacaq, qarışdırın, içində, kasanın, Qarışım, şanti, yaxşıca, halını, İçinə
BİZİ İZLƏYİN