• Alüminium qazanlara qulluq - Faydalı məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 116

Tarix : 16.03.2019, 10:00

Bölmə : Məsləhətlər




Alüminiumdan hazırlanan qazanlar istifadədə çox rahat və əlverişlidir.

Alüminium qazanlardan məişətdə ehtiyatla istifadə etmək lazımdır - yumşaq metal zərbələr nəticəsində çox tez əyilir, formasını itirir.

Alüminium qazanlarda turş xörəkləri uzun müddət ərzində saxlamaq olmaz. Bişirdikdən dərhal sonra yeməyi minalı qazana tökmək lazımdır.

Ümumiyyətlə alüminium qazanlarda hazır yeməkləri, bişmiş tərəvəzləri və s. saxlamaq olmaz.

Alüminium qazanlarda süd və süd məhsullarını uzun müddət saxlamaq olmaz.

Alüminium qazanları və tavaları müasir yuyucu vasitələrlə və isti su ilə yumaq lazımdır.

Alüminium qazanları dəmir fırçalarla və toz halında olan vasitələrlə sürtmək olmaz.

Alüminium qazanda yalnız duz əlavə olunmuş su qaynatmaq olar. Duz əlavə olunmadıqda qazan qaralacaq.

Həmçinin belə qazanlarda qabığı soyulmamış kartofu bişirmək olmaz, bu da qazanın qaralmasına səbəb olacaq.

Qazanın divarları qaralıbsa, qazanda sirkə əlavə olunmuş su qaynadın və sonra adi qaydada yuyun və yaxşı yaxalayın. Digər üsul - sirkəni su ilə yarıbayarı qarışdırın, əskini bu məhlulda isladın və qazanın divarlarını bu əski ilə sürtün. Daha sonra isə qazanı yaxşı yuyun və yaxalayın.

Çox çirklənmiş alüminium qazanlar üçün belə üsuldan istifadə edin. Sürtdəcdən 1 dənə məişət sabunu keçirin, 1 ovuc soda əlavə edin və qarışdırın. Qarışığı vedrəyə tökün, vedrəyə qazanları yığın və su tökün ki, qazanlar suyun altında qalsın. Vedrəni odun üzərinə qoyun, qaynara düşənə qədər qızdırın və 30 dəqiqə ərzində qaynadın. Sonra qazanları bu suda səhərə qədər saxlayın, səhər isə yaxşı yuyun və yaxalayın.

Etiketlər: Alüminium, olmaz, qazanlarda, əlavə, qazanları, qazanlar, saxlamaq, yaxşı, yuyun, lazımdır, sonra, yaxalayın, müddət, tökün, alüminium, vasitələrlə, qarışdırın, vedrəyə, ərzində, qazanda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN