• Biskvit yapıxmasın deyə... - 5 məsləhət

Reseptin məlumatları Baxış sayı: 2 722

Tarix : 6-05-2019, 10:00

Bölmə : Məsləhətlər


Bu problem bir çox qadınlara tanışdır. Lakin çox sadə qaydalara əməl etməklə gözəl, yumşaq və hündür biskvit bişirmək olar.

Sizə bu qaydaları təqdim edirik:

1. Yumurtanı yaxşı çalmaq lazımdır. Orta hesabla bunu 10 dəqiqə ərzində etmək lazım olacaq. Kütlə xeyli artmalıdır. Yumurtanı pis çalsanız biskvit yapıxacaq.

Yumurtanın sarısını və ağını ayrı-ayrı çalanda biskvitin yapıxması təhlükəsi azalır.

2. Yumurtalı kütləyə un əlavə edəndə bunu çox ehtiyatla edin, kütləni aşağıdan yuxarıya doğru və qıraqlardan ortaya doğru tez qarışdırın. Uzun müddət ərzində qarışdırmayın!

3. Soba çox isti olanda biskvit yapıxa bilər. Bu səbəbdən sobanı təxminən 150 C qədər qızdırın.

4. Biskvit xəmirini uzun müddət saxlamaq olmaz. Xəmir hazır olandan dərhal sonra formanı sobaya qoymaq lazımdır. Bu səbəbdən sobanı qabaqcadan qızdırın, formanı hazırlayın. ona yağ çəkin və ya perqament sərin.

5. İlk 20-30 dəqiqə ərzində sobanın qapısını açmayın.
Etiketlər: biskvit, ərzində, səbəbdən, Yumurtanı, lazımdır, sobanı, qızdırın, dəqiqə, müddət, formanı, doğru, yuxarıya, təxminən, qədər, Biskvit, aşağıdan, qıraqlardan, ortaya, xəmirini, olanda
BİZİ İZLƏYİN